Yad dediyin edir sənə köməyi
Dost dediyin qırıb gedir ürəyi
Sən yetər ki ayaqda dur yıxılma
Vermə fikir dərd eləmə heçnəyi
Hamı yalan can deyir
Ay sənə qurban deyir
Amma düşürsən dara
Orda səni atıb gedir
Dəyər verdiyin o adam
Çox ucuza satıb gedir
Həyatdı bu saf eşq-sevgi batıb gedir.
Nə vaxt dəyişdi zaman
Olubdur ömür yalan
Gündüz əlində çıraq
Doğrunu gəzir insan
Belə olmayaydı kaş
Hər kəsdə qorxu təlaş
Yaxşı dost təmiz sevgi
Azalır yavaş-yavaş.
Nə vaxt dəyişdi zaman
Olubdur ömür yalan
Gündüz əlində çıraq
Doğrunu gəzir insan
Belə olmayaydı kaş
Hər kəsdə qorxu təlaş
Yaxşı dost təmiz sevgi
Azalır yavaş-yavaş.
Yaxın bilib sonra kəsirsən çörək
Nə vaxt desə ona eliyirsən kömək
Sonda görürsənki yalandı hərşey
Küsür hamıdan tamam qırılır ürək
Bəs günahı kimdədir
Bəlkə də qəlbimdədir
Hamı deyir eyni şey:
İndi zaman belədir
Səninçün ölərəm deyən
Əməldə yox dildədir
Düz yaşamağ hər kəsin öz əlindədir.
Nə vaxt dəyişdi zaman
Olubdur ömür yalan
Gündüz əlində çıraq
Doğrunu gəzir insan
Belə olmayaydı kaş
Hər kəsdə qorxu təlaş
Yaxşı dost təmiz sevgi
Azalır yavaş-yavaş.
Nə vaxt dəyişdi zaman
Olubdur ömür yalan
Gündüz əlində çıraq
Doğrunu gəzir insan
Belə olmayaydı kaş
Hər kəsdə qorxu təlaş
Yaxşı dost təmiz sevgi
Azalır yavaş-yavaş.