menu-iconlogo
huatong
huatong
avatar

Kağız Gəmilər

Qaraqanhuatong
Ughur13huatong
歌詞
レコーディング
Həyat qəribədir, mən lap qəribəyəm

Həyat dərs, mən dərsdən qaçan tələbəyəm

Sən müəllimsən, mənə öyrətdin yalanı

Bu tilsim, bu hisslər saxladı zamanı

Bakı oldu oyuncaq şəhər, biz uşaq

Həyat karusel, əyləncə, tamaşa

Sən mənə öyrətdin səbəbsiz gülməyi

Mən sənə öyrətdim dəli kimi sevməyi

Həyat qəribəydi, biz lap qəribəydik

Həyat dərs, biz dərsdən qaçan tələbəydik

Gündüzlərdən isti idi bizim gecələr

Cümlələr bir sözlü, sözlərimiz hecalar

Mahnılar daha doğma, ruhumuz daha təmiz

Susurdu dodaqlar, danışırdı gözlərimiz

İndiki hisslərimiz ərimiş şam kimi

Tapdaladın məni, qucaqladım izlərini

(Nəqarət: Qaraqan)

Kağız gəmilər necə tab gətirsin bu qədər böyük dalğalara?

Batanda kağız gəmilər uşaqlar başlayır onlara baxıb ağlama

Sən də ağladın, son məktubunda yazanda sevmirsən məni

Mənim də qəlbim sənin dəniz gözlərində kağızdan bir gəmi

(verse: Qaraqan)

Həyat qəribəydik, biz lap qəribəydik

Biz uşağıydıq, sadəlövh körpəydik

Həyat aldadır, biz necə inanırdıq

Axı deyirdi: dostlar, əsl sevgi nağıldı

Biz arzu sahilində qumdan saraylar tikirdik

Bütün dünyanın acığına ürəkdən sevirdik!

Təyyarələr ayırırdı, yollar ayırırdı

Uçurumlar arasında ipək körpülər çəkirdik

Biz inanırdıq və bu inam bizi aparırdı

Güc verirdi ümidlər və sevgimiz dayanırdı

Pul, valideynlər, sərhədlər, qadağalar

Biz uçurduq göylərdə, onlar aşağıda qalırdı

Yadına gəlir düzəltmişdik kağızdan gəmi?

İçində yazıb, sevirəm, mən sevirəm səni

Bıraxdıq dənizə ki, o üzsün əbədi

Ama gələn ilk dalğa batırdı gəmini

(Nəqarət: Qaraqan)

Kağız gəmilər necə tab gətirsin bu qədər böyük dalğalara?

Batanda kağız gəmilər uşaqlar başlayır onlara baxıb ağlama

Sən də ağladın, son məktubunda yazanda sevmirsən məni

Mənim də qəlbim sənin dəniz gözlərində kağızdan bir gəmi (x4)

(skit: Qaraqan)

Kağız gəmilər necə tab gətirsin bu qədər böyük dalğalara?

Batanda kağız gəmilər…

Sən də ağladın…

Sevmirsən məni… Sən, sən sevmirsən məni.

Qaraqanの他の作品

総て見るlogo