menu-iconlogo
huatong
huatong
avatar

Sadə Qız

Uranhuatong
scam45o4huatong
歌詞
レコーディング
Bu repin sözlərinə diqqətlə qulaq asın

Dayanacaqda dayandı avtobus, mindi bir qız sadə bir qız

Sifəti kosmetikasız

Dodaqları pomadasız

Əlində balaca çanta

Oturdu qıraqda, sakitcə, tək, yalnız

Arsız baxışları önündəki oğlanın

Mənasız söz atışları önündəki oğlanın

Onu heç cürə fikirlərindən ayırmır (yox)

O mənliyin sındırmır, (yox) mənəviyyatin ipin qırmır

Gözləri verir daxili aləmindən

Balaca soraq, anlaşılmaz maraq

O içində ağlayaraq kədərin gizlədir

Amma qızarmış gözləri, yanaqları çox şeyi büruzə verir

Sanki qizin əvəzinə deyir, necə o içini yeyir

Özün hiss edir tənha, geyiminə fikir verə bilmir

Çünki geyim indi çox baha

Rəfiqələri onu müasir hesab etmir daha

Köhnə ayaqqabılarının sökülmüş yerlərin örtür

Kurtkasının vaxtı keçib, dəri çox kələ kötür

Ötüb keçir yanından bahalı geyimli qızlar

Sadə qız susar, danışmaz, zərif qəlbi sızlar

Onun ailə vəziyyətini yoxdur bilən

Atasız böyüyən qız hərdən

Deyən-gülən tanışlarına qarışmaq istəyir

İrəli addımlamaq, öz bədbəxt talehi ilə barışmaq istəyir

Sadə bir qız ürəyi saf təmiz

Həyatında yoxdur insafdan iz

Uşaq qəlblidir, ona toxunmayın!

O öz aləmindədir mane olmayın

Sadə bir qız ürəyi saf təmiz

Həyatında yoxdur insafdan iz

Uşaq qəlblidir, ona toxunmayın!

O öz aləmindədir mane olmayın

Qızın yadından çıxmır 14 fevral

Rəfiqələri alır al qızılgül, öz oğlanları ilə görüşür

Neçəsi şəhərdə, yazıq sadəlövh qız isə oturub

Həmişəki kimi tək-tənha evdə

Vərəqləri əzilmiş xatirə dəftərinə baxır

Ürək sözləri – zarafat, etiraf, sevgi haqda fikir

Bütün bunlar onu sıxır

Daxili ehtiyac, maddi ehtiyac fikirlərini yıxır

Hər gecə xəyallarında canlandırır bir oğlan

Hansı ki, onun dərdinə yanan, kefini alan

Əlini çiyninə qoyan, saçlarını sığallayan

Təntənəli gecədə sadə qızla bal rəqsi oynayan

Atlı cəngavər oğlan - qızın əlvan xəyalları

O bəzən başa düşmür bunları

Başa düşmür niyə oğlanlar ona tərəf baxmır?

O gözəl dəyil? Yox!

Onda süni gözəlliyə yox meyil!

Onun sadəliyi, ürəyinin təmizliyi

Sanki buna görə onu qəyri-adi hadisələr izləyir

İnstitutdan çıxıb evə dönərkən

Qarşısında bir uşaq dilənərkən o 500 manat verəcək

Fikirləşmir ki, evə piyada gedəcək

Fikirləşmir - evə gec çatıb anasına nə deyəcək

Fikirləşmir - tələbə yoldaşları onu görüb güləcək

Fikirləşir - cırıq paltarlı uşaq bu gün nə yeyəcək?

Sadə bir qız ürəyi saf təmiz

Həyatında yoxdur insafdan iz

Uşaq qəlblidir, ona toxunmayın!

O öz aləmindədir manе olmayın

Sadə bir qız ürəyi saf təmiz

Həyatında yoxdur insafdan iz

Uşaq qəlblidir, ona toxunmayın!

O öz aləmindədir mane olmayın

Qayıdağın avtobusa

Qızın göz yaşlarının səbəbini axtaraq

Onun balaca əl çantasına baxaq

Daraq, qələm, dəftər, 2-3 min pul, vəsiqə

Gözləri dolmuş qız nə düşünür bu dəqiqə?

Əlində çantadan çıxardığı bir vərəqə

Bəlkə sevgi məktubudur?

Uyğun deyil məntiqə

O baxır kağıza

Bəlkə nəsə xoş xəbərdir?

Bеlə təsir edir bu uşaq qəlbli sadə qıza

Əslindəsə əlində tutduğu kağız bir elandır

Bara "ofisiantka" lazım axşam 10-dan sonra

Yalandır!

Qız düşünür: Anası xəstə qadın təqaüdçü, evdə qalandır

Kasıbçılıq çox yamandır!

Getsinmi bu işə pula görə?

Güzəran çətin

Ürəyində mübarizəsi gedir pozğunluqla mərifətin

Həkimin, dərmanın, geyimin, evin pulu, borclar

Qalar ailənin üzərində, vəziyyət daha pis olar

Hirsindən ağlayır qız, namus onu boğur

İşsizlik, zəmanə - qara fikirlər doğur

Avtobus durur

Qız düşür, evə tərəf dönür

Maşın uzaqlaşır

Sadə qız gözdən itib sönür

Sadə bir qız ürəyi saf təmiz

Həyatında yoxdur insafdan iz

Uşaq qəlblidir, ona toxunmayın!

O öz aləmindədir mane olmayın

Sadə bir qız ürəyi saf təmiz

Həyatında yoxdur insafdan iz

Uşaq qəlblidir, ona toxunmayın!

O öz aləmindədir mane olmayın

Sadə bir qız

Onun ailə vəziyytətini yoxdur bilən

Sadə bir qız

Qızın yadından çıxmır 14 fevral

Uranの他の作品

総て見るlogo