menu-iconlogo
huatong
huatong
avatar

Sənsizlik

Vasif Məhərrəmlihuatong
oliviajerrymihuatong
歌詞
収録
Ümidim, diləyim bircə budur

Təkcə budur, yenə sən mənim olasan

Açıram, deyirəm, əllərimi

Tez dönəsən mənə sən, mənim olasan

Ah nə gecəm vardır, nə səhərim

Mən düşəli bu acı sevdaya

Sevirəm, sevirəm təkcə səni

Bir də gələr olsam dünyaya

Daha yoxdur aman, nə də keçmir zaman

Ölümdən də yaman sənsizlik

Yox səbrim, yox daha, inan o Allaha

Mənə gəldi baha sənsizlik

Bezmişəm daha yalnızlıqdan

Gəl, gülüm, gülüm, gəl

Sonra qorxuram ki, gec olsun

İndi, sevgilim, gəl

Bezmişəm daha yalnızlıqdan

Gəl, gülüm, gülüm, gəl

Sonra qorxuram ki, gec olsun

İndi, sevgilim, gəl

Məni tənhalıq çox üşüdür

Donmuş əlim qalmış ətəyimdə

Yenə qış gecəsi, zülmət otaq

Bir özüməm, bir sən ürəyimdə

Yanıram, yanıram, sızlayıram

Körpə uşaq kimi mən ağlayıram

Baxıram, deyirəm: "Bəlkə gələ"

Pəncərəmi açıb-bağlayıram

Daha yoxdur aman, nə də keçmir zaman

Ölümdən də yaman sənsizlik

Yox səbrim, yox daha, inan o Allaha

Mənə gəldi baha sənsizlik

Bezmişəm daha yalnızlıqdan

Gəl, gülüm, gülüm, gəl

Sonra qorxuram ki, gec olsun

İndi, sevgilim, gəl

Bezmişəm daha yalnızlıqdan

Gəl, gülüm, gülüm, gəl

Sonra qorxuram ki, gec olsun

İndi, sevgilim, gəl

Bezmişəm daha yalnızlıqdan

Gəl, gülüm, gülüm, gəl

Sonra qorxuram, çox gec olar

İndi gəl, sevgilim, indi gəl

İndi gəl, indi gəl

Vasif Məhərrəmliの他の作品

総て見るlogo