menu-iconlogo
huatong
huatong
avatar

Əlvida Sevgilim

Brilliant Dadashovahuatong
captainds1huatong
가사
기록
Əlvida, sevgilim, mən gedirəm

Sabaha ümidlər bəsləmə

Özüm də bilmirəm nə edirəm

Sən məni bir daha səsləmə

Səni mən bir daha görməsəm də

Taleyin hökmü ilə barışma

Geriyə, yanına dönməsəm də

Mənsiz olmağına alışma

Əlvida, sevgilim, gedirəm

Həsrətin mənə vermir aman

Yaşanmış günlərin nisgili

Artacaq hər zaman

Əlvida, sevgilim, gedirəm

Körpüsüz sahilə dönmüşəm

Kim bilir başına gələni?

Bəxtimdən küsmüşəm

Nigaran, nigaran baxışlarla

Mən gedən yolları izləmə

Taleyin vurduğu naxışlarla

Bəzənmiş həyatı pisləmə

Əlvida, sevgilim, mən gedirəm

Kaş səninlə qalmaq olaydı!

Səni yox, özümü tərk edirəm

Kaş səninlə həyat dolaydı

Əlvida, sevgilim, gedirəm

Həsrətin mənə vermir aman

Yaşanmış günlərin nisgili

Artacaq hər zaman

Əlvida, sevgilim, gedirəm

Körpüsüz sahilə dönmüşəm

Kim bilir başına gələni?

Bəxtimdən küsmüşəm

Əlvida, sevgilim, gedirəm

Həsrətin mənə vermir aman

Yaşanmış günlərin nisgili

Artacaq hər zaman

Əlvida, sevgilim, gedirəm

Körpüsüz sahilə dönmüşəm

Kim bilir başına gələni?

Bəxtimdən küsmüşəm

Brilliant Dadashova의 다른 작품

모두 보기logo