menu-iconlogo
huatong
huatong
avatar

🕯️🧾🕯️Nə Qədər Canım Var📻Cabir Novruz

elegant_azhuatong
📻⋆𝙀𝙡𝙚𝙂𝙖𝙣𝙏_𝙒★SᵗᵃʳFMhuatong
가사
기록
EleGanT_WoMaN

Nə qədər canım var, sağam, mən səni,

Xatirə olmağa qoymayacağam.

Alıb o dünyanın əlindən səni,

Hər gün bu dünyaya qaytaracağam.

Qoymayacağam ki, unudulasan,

Başıma yağsa da alovlar, odlar.

Sən də hamı kimi ölü olasan,

Sən də hamı kimi çıxasan yaddan.

Qoymayacağam ki, sənsiz yaşayım,

Qoymayacağam ki, nə qədər sağam...

Gecə yastığına qoyub başımı,

Ruhunla yan-yana uyuyacağam.

Gündüz şəklin ilə danışacağam,

Bir də sənə oxşar oğullarınla...

Hər gün ölüm ilə vuruşacağam,

Onu boğacağam ağrılarımla...

Qoymayacam ki, olasan sən də,

Bütün ölülər tək cansız, ürəksiz.

Bir toya, mağara, yasa gedəndə,

Yerin boş qalacaq yanımda şəksiz...

O yerə kimsəni qoymayacağam,

Səni mənim üçün kim əvəz eylər?

O yeri mən sənə saxlayacağam,

Sənin boş yerin də mənə bəs eylər.

Nəçidir ürəyin yanında həsrət,

Yoxluq boş xəyaldır sevgi olanda.

İnsanlar ölümlə ölmürlər əsla,

İnsanlar ölürlər unudulanda...

Yox sən unudulsan qoymayacağam,

Təkliyi öldürüb xar edəcəyəm.

Bütün həsrətləri qovlayacağam,

Bütün yoxluqları var edəcəyəm...

Oğlumuzun toyu hey düşür yada,

Kaş oğul nəvəmiz olsun deyərdim.

Sənsə həsrət qaldın qıza dünyada,

Sənsə qız istəyər, qız diləyərdin.

Ta istəklərin sındı qanadı,

O çağlar qayıtmaz dünya dağıla.

Gecəli-gündüzlü yalavarıb indi,

Deyirəm, kaş bircə qız nəvəm ola.

Ki, sənin adını qoyum o qıza,

Bilim ki, o bala öz nəfəsimdir.

— Səfurə, Səfurə, çağırım o da,

Səsimə səs versin o da bəsimdir...

Yaşamaq çətindir, unutmaq asan,

Nə qədər canım var, nə qədər sağam...

Ölü diriltməyi bacarmasam da,

Mən səni ölməyə qoymayacağam,

Xatirə olmağa qoymayacağam...

Müəllif: Cabir Novruz

elegant_az의 다른 작품

모두 보기logo
🕯️🧾🕯️Nə Qədər Canım Var📻Cabir Novruz - elegant_az - 가사 & 커버