menu-iconlogo
huatong
huatong
elvin-babazad-biri-cover-image

Biri

Elvin Babazadəhuatong
🇹🇷💙😈♤𝕭𝖔𝖓𝖓𝖎𝖊♤🍑❤️🇩🇪huatong
가사
기록
Biri dərd, biri dərdimə dərman

Biri mən, biri məndən də yaman

Sevirəm, bir-iki günlük amma

Sonsuzluğadək kimdir mənə qalan?

İşığını üzümə salır gecə ay tam güzgüdən

İçimdəki ölkə üsyan içindədi, paytaxt tüstüdə

Özümü xəyallara daşıma günüm

İçimdəki uşaq öz yaşıma gülür

Çəhrayı həyatım başıma dönür

Bulanır ürəyi, qaytarır üstümə

Mən ən güclü, mən ən düşən

Mən özümə uzaqdan gəlmişəm

Xəyallarım ürəyimlə tən düşər

Ona görə yoxdur heç bir əndişəm

Mən aslılıq və vərdişəm,

Üzərimə düşən işıq həmişə

Gözlərimdə qalır, bunu görür hamı,

Ona görə ürəyimcə tapa bilmirəm yarı

Axı mənə

Biri dərd, biri dərdimə dərman

Biri mən, biri məndən də yaman

Biri sərt çəkər ürəyimə dağlar

Biri məni çəkə-çəkə üzərinə bağlar

Biri dərd, biri dərdimə dərman

Biri mən, biri məndən də yaman

Sevirəm, bir-iki günlük amma

Sonsuzluğadək kimdir mənə qalan?

Xəyal edib yatdığım onla olan neçə gecə, neçə yuxu var

Axı sevgi ovçusunun ürəyimə atılıb qırılan neçə oxu var

Amma artıq dəyişib hər şey, bu sevgi girməz daha yuxuma

İndi onun nəyi vardısa, məndə ondan qat-qat

Daha çoxu var

Atıb hər şeyi üzərimə, çıxıb aradan

Necə seçə bilmədim mən ağı qaradan

Almaz ki, canını uca yaradan

Bunu yaşatmadan, yaşatmadan

Bax, yeni sevgi qoxusu gəlir havadan

Gizlənirəm, tapır axı məni haradan

Varsa gəlsin eşq, amma sonradan

Yenə yalan dolanlar olmadan

Biri dərd, biri dərdimə dərman

Biri mən, biri məndən də yaman

Biri sərt çəkər ürəyimə dağlar

Biri məni çəkə-çəkə üzərinə bağlar

Biri dərd, biri dərdimə dərman

Biri mən, biri məndən də yaman

Sevirəm, bir-iki günlük amma

Sonsuzluğadək kimdir mənə qalan?

Varsa gəlsin eşq, amma sonradan

Yenə yalan dolanlar olmadan

Elvin Babazadə의 다른 작품

모두 보기logo