menu-iconlogo
huatong
huatong
가사
기록
Bu mahnı həqiqətdir qəbul etməsən də

Bütün mahnıların taleyinin hökmü səndə

Şairə əziyyətdir şeir səslənməyəndə

İşsiz qalır dirijorlar not küsəndə

Bu mahnı həqiqətdir qəbul etməsən də

Bütün mahnıların taleyinin hökmü səndə

Şairə əziyyətdir şeir səslənməyəndə

İşsiz qalır dirijorlar not küsəndə

Bəzən bir siqaretin tüstüsü daha çox anlar

İnsanı ətrafındakı insan toplusundan

Necə qurtulur, görəsən, o yaradıcı ruhlar

Hər şeyin üst-üstə gəlməsi duyğusundan?

İllərdir axtarılan sualların cavabını

Görəsən, kimsə tapıbmı və harasa yazıbmı?

Dərinə gedənlərin geriyə qayıdanı maraqsızdır

Bizə maraqlı o kəslər ki, oralarda azıbdır

Buraxıb dərinlikləri və yorucu fəlsəfəni

Hədəftək götürürəm gündəlik səksəkəni

Dostlarım dağılıbdır yer planetinin üstünə

Maraqsızlaşdıraraq mənimçün bu ölkəni

Məişət qayğıları yaşla düz mütənasibdir

Maddiyyata daha çox bağlanıram ildən ilə

Gülməyim gəlir indi kimsə verəndə sual

"Necə hissdir mahnılarınızın düşməsi dildən dilə?"

Böyüyəcəksən, dostum, səni də böyüdəcəklər

Özünü böyüdülmüş görəndə çalış ki, çaşma

Şirin dillər ilanı çıxara bilir yuvasından

Kini kölgənçün saxla, çalış oyuna qarışma

Yoxlama dostu darda, pis günü yaxın buraxma

Umma ki, küsməyəsən, heç kəsdən alma dəstək

Özünü tap özündə, çətindir, amma mümkündür

Özünü yar olana hər addımda tanrı kömək

Ehtiyac yoxdur bəzən doğruları deyəsən

Başını aşağı salıb görməzdən gələsən

Yaranan vəziyyətdə öz xeyrini güdəsən

De mənə, bu filmlərə ağlayasan, güləsən?

Elə sən də beləsən, çox da uzağa getmə

Günahsız halda qəmli mahnıları tərk etmən

Bədənin rəqs etmək istər, əl qaşınar

Bəzi mahnılar elə rəqsin qədər yaşayar

Daşıyar başqa məqsəd bu notlar dilə gəlsə

Bu gündən küləklər sərt əsər, yeri gəlsə

Yazılmalı min əsər, əsərlər bəhsəbəhsdə

Pozulmalı bu əsəb, insanlar min həvəsdə

Səslənən musiqidən qulaqcıqlar utanır

Axı bu şəhərdə dahi bəstəkarlar qocalıb

Şairlər nə bacarır, nədir daha qurtarıb?

Yoxsa ağıllı musiqiylə toylar azalır?

Özünü tapmaq üçün çıxdığı bütün axtarışlardan

Əliboş dönənlərin məyusluğudur bu mahnı

"Bu dəfə nə oldu?" deyə soruşulanda

Cavab əvəzində gözlərin yorğunluğudur bu mahnı

Dalğamız eynidir indi

Sən məni anlayırsan

Nədən danışdığımı

Nədən oxuduğumu

Çoxların anlamadığı sadə albom treki

Təklərin pleylistinin dolğunluğudur bu mahnı

Bu mahnı həqiqətdir, bro

Qəbul etməsən də

Şairə əziyyətdir

Şeir səslənməyəndə

Bu mahnı həqiqətdir, bro

Qəbul etməsən də

Şairə əziyyətdir

Şeir səslənməyəndə

Bu mahnı həqiqətdir qəbul etməsən də

Bütün mahnıların taleyinin hökmü səndə

Şairə əziyyətdir şeir səslənməyəndə

İşsiz qalır dirijorlar not küsəndə

Bu mahnı həqiqətdir qəbul etməsən də

Bütün mahnıların taleyinin hökmü səndə

Şairə əziyyətdir şeir səslənməyəndə

İşsiz qalır dirijorlar not küsəndə

Promete/İslam Şirvani의 다른 작품

모두 보기logo
Mahnılar - Promete/İslam Şirvani - 가사 & 커버