menu-iconlogo
huatong
huatong
가사
기록
Balam lay-lay, Əli lay-lay

Mənə həmnalə lay-lay

Balam lay-lay, Əli lay-lay

Mənə həmnalə lay-lay

Gülüm lay-lay, saralan lalə lay-lay

Gülüm lay-lay, saralan lalə lay-lay

Ay mənim nazlı balam

Gözləri ecazlı balam

Demədin dərdini heç

Ay sinəsi razlı balam

Iəbləri duzlu balam

Sözlü balam, sazlı balam

O üç pər ox, niyə saldı, səni bu hala lay-lay

Gülüm lay-lay, saralan lalə lay-lay

Gülüm lay-lay, saralan lalə lay-lay

Balam lay-lay, Əli lay-lay

Mənə həmnalə lay-lay

Balam lay-lay, Əli lay-lay

Mənə həmnalə lay-lay

Gülüm lay-lay, saralan lalə lay-lay

Gülüm lay-lay, saralan lalə lay-lay

Üç gecə olmadı su, qundağın açdım bələdim

Məşgi səqqaya baxıb, sən mələdin, mən mələdim

Hey üzə göz yaşını, sən ələdin, mən ələdim

Rubab ağlar, deyər ahi, yatan iqbalə lay-lay

Gülüm lay-lay, saralan lalə lay-lay

Gülüm lay-lay, saralan lalə lay-lay

Gözəlimsən gözəlim, istəməlimsən gözəlim

Hey dedim atma məni, sən sağ əlimsən gözəlimsən

Cavidan oldu adın, ləm yəzəlimsən gözəlim

Yetirdi ox, su yanında, səni amalə lay-lay

Gülüm lay-lay, saralan lalə lay-lay

Gülüm lay-lay, saralan lalə lay-lay

Altı ay bir tərəfə, son nəfəsin bir tərəfə

Gülməyin bir tərəfə, nalə səsin bir tərəfə

Süd qəmin bir tərəfə, ox həvəsin bir tərəfə

Bu qandır ya, gülün üstə, düzülüb jalə lay-lay

Nə gəlib ağlamısan, çare yolun bağlamısan

Əlin açdım niyə bəs, sinəmi dırnağlamısan?

Ba ədəbsən demərəm, hörmətimi saxlamısan

Biraz ağla, yığım əşgin, qara dəsmalə lay-lay

Gülüm lay-lay, saralan lalə lay-lay

Gülüm lay-lay, saralan lalə lay-lay

Seyyid Taleh Boradigahi의 다른 작품

모두 보기logo

추천 내용