menu-iconlogo
huatong
huatong
가사
기록
Və-və-və o qərara gəldi ki, du-du-duasını oxusun (Dua)

Bu onun nəticəsi idi o, dua oxumağı sevdi (Dua, dua)

Qulağım dolub, kir bağlayıb, bağla TV-ni, kiri!

Kasıb həyatını anlamayan biri uzatmaz fağıra əlini

Mənsəbi məlum, mənbəyi mənfur, məqsədli mamır

Rəhmətliyin nəvəsi, xalqa xidmət edəndə axı nə olur?

Savadlı mayalı xəmirdən yoğrular savadlı, ziyalı

Savadsız qoyduğun komunnadansa gəzməlisən aralı

Nə hüququn bilmir, özü vəzifə xaltasında, sifəti balta!

Az maaş belçün nalça, başçünn yastıq - alçaq halda

Aldanma, ayıq ol!

Qoyun yerinə qoyulduğun azmış

Azğınlaşmış cəsarət ədalətin həddini, yolunu azmış

Dəmir barmaqlarda saxlanılan həqiqət eşqi bəraətsiz

Etiraz ilanına zəhər verən, onu yaradan şərait - siz!

İnstinkt!

Təsirə bərabər pressinq, zəncirə bükülmüş əl

Mübarizə - qandalı əridən, qanı qaynadan birinci təməl

Əriyən dəmir qılınca çevrilər, devrilər "devrimsizlik"

Bunu isə mühit yaradar, bu nə bizlik, nə də ki, sizlik

Allah, kömək ol bizə

Dizimizə qüvvə ver, əzilsək də, yıxılmayıb qalaq ayaq üstə

Allah, kömək ol bizə

Aşağıları şükürlü et, eyni zamanda ədalətli olsun üstlər

Allah, kömək ol bizə

İradəmizi möhkəmlət, çarəsiz insanlar etməsinlər intihar

Allah, kömək ol bizə

Sağlam düşüncə ver, sıxıntılar gətirməsin ömürə son bahar

Şeytan yaşadığım ölkədə məskən salıb

Halım tez-tez dəyişir, nə qədər nifrət paylayar zalım?

İmkanımız olsa, çoxu biri-birini diri-diri yeyər

İmkanımız olsa, birini susdurarıq, qalanları deyər

Əsəbi külək dövrə vurur məmləkətdə zaman boyu

Qaçıb süfrədən bərəkət də, amma insan doymur

Hər şeyin ən yaxşısı, qızılı rəngdə üfunət

Tapılan dəfinə dəfnə aparır acgözü, sonu səfalət

Qusacaq ya övladı, ya özü haram yeyənin

Gözü doymayanın gözü həmişə düşər halal yeyənə

"Ə, haradandır onda pul?

Tez alın əlindən!

Hamısı mənim olmalı!

Yükləyin onun belindən!"

İlahi, bilmirəm səbir diləyim səndən, yaxud artıq vaxtı çatıb

Səbir kasasına çox səbir atdıq?

Sülh istəyən azadlıq aşiqinin dərisini duzlayıb

Zəmanə dirənib, sinirlərimi dartıb, tarazalayıb

Allah, kömək ol bizə

Dizimizə qüvvə ver, əzilsək də, yıxılmayıb qalaq ayaq üstə

Allah, kömək ol bizə

Aşağıları şükürlü et, eyni zamanda ədalətli olsun üstlər

Allah, kömək ol bizə

İradəmizi möhkəmlət, çarəsiz insanlar etməsinlər intihar

Allah, kömək ol bizə

Sağlam düşüncə ver, sıxıntılar gətirməsin ömürə son bahar

Yalanı və doğrunu ayıra bilək qaynar qazanda

(Kömək et!)

Ədalət dilə gəlsin onu basdırdığımız məzardan

(Kömək et!)

Övladlarımız, böyüyən yeni nəsil

Etdiyimiz səhvləri etməsin və düşmənə yenilməsin

Savadsıza təhsil, qorxağa cəsarət, kasıba çörək

Yaradıcı insana "göz" ver ki, ancaq həqiqəti göstərək

(Kömək et!)

Ədəbazlığa və avamlığa qalib gələk

Hidayət ver "haqqın dərgahı" adı ilə gəlməsinlər kələk

Bərabərlik carçılarının acı taleyini şirin et

(Kömək et!)

Dayaz qazılmış düşüncəni dərin et

Evdən uzaq düşən atalar evə əliboş dönməsin

(Kömək et)

Övlad valideynin göz yaşlarını görməsin

Maddiyatın hakim olduğu bir zəmanədə insanlar imandan qaçmasın

Qoy qaçsınlar xəyanətdən

Beyinlərə kömək ol, səni axtarsınlar

Mənə də kömək ol, Tanrım, kömək etdiklərinin sırasında

Allah, kömək ol bizə

Dizimizə qüvvə ver, əzilsək də, yıxılmayıb qalaq ayaq üstə

Allah, kömək ol bizə

Aşağıları şükürlü et, eyni zamanda ədalətli olsun üstlər

Allah, kömək ol bizə

İradəmizi möhkəmlət, çarəsiz insanlar etməsinlər intihar

Allah, kömək ol bizə

Sağlam düşüncə ver, sıxıntılar gətirməsin ömürə son bahar

Allah, kömək ol bizə

Dua!

Uran의 다른 작품

모두 보기logo