menu-iconlogo
huatong
huatong
가사
기록
Sən mənim hər zaman dönməz qürurum

Qollarıma güc verən varım, ata

Sən məndən istə ki, qulluqda durum

Hər sözünə can fəda, varım ata

Zəhmətimi çəkmisən, ötüb illərin

Saçlarına ağlar qarışıb, o-o-of

Əllərimi tutmusan, güc veribdir əllərin

Mən ki sənə hər şeyi borcluyam

Sənsiz olmaz övladın dadı dünyada

Yoxdur elə bir nəfər sənə tay, ata

Öyrətdin mənə, mahir ol, sözü düz yaşa

Sən mənim ən böyük dayağımsan, ay ata

Sən mənim ən böyük dayağımsan, ay ata

Sən başımın tacı, hikmətli səsi

Doğru yolu göstərən çırağım, ata

Sən bir həyat kimi, candır nəfəsin

Hər sözünə can fəda, canım ata

Zəhmətimi çəkmisən, ötüb illərin

Saçlarına ağlar qarışıb, o-o-of

Əllərimi tutmusan, güc veribdir əllərin

Mən ki sənə hər şeyi borcluyam

Sənsiz olmaz övladın dadı dünyada

Yoxdur elə bir nəfər sənə tay, ata

Öyrətdin mənə, mahir ol, sözü düz yaşa

Sən mənim ən böyük dayağımsan, ay ata

Sənsiz olmaz övladın dadı dünyada

Yoxdur elə bir nəfər sənə tay, ata

Öyrətdin mənə, mahir ol, sözü düz yaşa

Sən mənim ən böyük dayağımsan, ay ata

Sən mənim ən böyük dayağımsan, ay ata

Mənim ən böyük dayağımsan, ay ata

Vasif Məhərrəmli의 다른 작품

모두 보기logo