menu-iconlogo
huatong
huatong
avatar

Lətifəmiz

Elnarə Xəlilovahuatong
phooobear155thhuatong
Lirik
Rakaman
Lətifəmiz, sən hər zaman bizimlə olacaqsan

Sən həmişə qəlbimizdə yaşayacaqsan

Zərif, xoş, incə təbəssümün

Mülayim, sehrli hər sözün

Dünənkitək xatirimizdə qalacaq

Lətifəmiz, yerin o qədər çox görünür ki!

Yüz il də keçsə, yaddaşlarda, bil, qalacaqsan

Ömrünü övladlara verdin, həyatını onlara həsr etdin

Heç zaman heç nəyini əsla əsirgəmədin

Umuram, indi sən ən yaxşı yerdəsən

Sanıram, əslində mavi göylərdəsən

Əminəm, çox rahat, sakit əllərdəsən

Sən həmişə, daim bizimləsən

Sevimli gəlinin sənə həsr edibdir bu əziz mahnını

Əlində olaydı nəyisə dəyişmək sənə görə kaş onu!

Özləməkdir tək çıxış yolu, sevilməyindir bu yolun sonu

Özünü sevdirə bildin, Lətifəmiz

Nəvələrin sənin üçün çox darıxırlar

Yaxınların, doğmaların sənsiz sıxılırlar

Özləməkdir həsrətin sonu, sevilməkdir həyatın yolu

Özünü sevdirə bildin, Lətifəmiz

Umuram, indi sən ən yaxşı yerdəsən

Sanıram, əslində mavi göylərdəsən

Əminəm, çox rahat, sakit əllərdəsən

Sən həmişə, daim bizimləsən

Umuram, indi sən ən yaxşı yerdəsən

Sanıram, əslində mavi göylərdəsən

Əminəm, çox rahat, sakit əllərdəsən

Sən həmişə, daim bizimləsən

Lebih Daripada Elnarə Xəlilova

Lihat semualogo