menu-iconlogo
logo

Cinayət

logo
avatar
İlkin Abbasovlogo
🅹🆄🆂🆃🅰🆁🅼🅸logo
Nyanyi dalam App
Lirik
Günahlarla dolu şəhərin mən dəniziyəm

Sən bir cinayətsən, mən tapılan əl iziyəm

Sevgi çox asan sanki, bir tək mən qəlizmiyəm?

Sən tikilməyən parça, mən savadsız dərziyəm

Günahlarla dolu şəhərin mən dəniziyəm

Sən bir cinayətsən, mən tapılan əl iziyəm

Sevgi çox asan sanki, bir tək mən qəlizmiyəm?

Sən tikilməyən parça, mən savadsız dərziyəm

Kimsəm yoxdur mənim, mən özümün kimsəsiyəm

Yanlışım, düzlərimlə öz yolumun qibləsiyəm

Yazılan hər misrada, yaşanan hər acıda

Mahnılar sözlər idi, mən də onların səsiyəm

Sülhdən uzaq yolum, olanlarla barışmıram

Dərdimi azad etdim, mən dərdimi danışmıram

Uğurlar ard-ardadır, mən zərbəyə alışqınam

Bar verəndə daşlanırsa, gərək buna alışdıram

Özümü heçə sayıram

Necə yanıram

Alovunla...

Günahlarla dolu şəhərin mən dəniziyəm

Sən bir cinayətsən, mən tapılan əl iziyəm

Sevgi çox asan sanki, bir tək mən qəlizmiyəm?

Sən tikilməyən parça, mən savadsız dərziyəm

Günahlarla dolu şəhərin mən dəniziyəm

Sən bir cinayətsən, mən tapılan əl iziyəm

Sevgi çox asan sanki, bir tək mən qəlizmiyəm?

Sən tikilməyən parça, mən savadsız dərziyəm...

Cinayət oleh İlkin Abbasov - Lirik dan Liputan