menu-iconlogo
huatong
huatong
avatar

Qaraqan - Xocalı

Qaraqanhuatong
𝐋𝐕💟⫷࿇𝔥𝔲𝔫𝔱𝔢𝔯࿇⫸💟huatong
Lirik
Rakaman
By: hunter

Şəhərdən uzaqda yaşıl yamacalar

Ucqar kənd gördüm yuxuda

Utancaq addımlarla daşıyırdı su qızlar

Toxunurdu qızılgüllərə dizlər

Oxuyur quşlar, dalğalanır arx

Göl kənd uşaqları meyvələr və bağ

İşıq saçırdı gözlərə adamlar

Öpdüm əllərindən ağ birçək anaların

Yığışıb nahar süfrəsində duz çörək

Bu cənnət bu ailə bu gülərüz xalq

Hamı bir yerdə cavanlı qocalı

Və bu gözəl kəndin adı Xocalı...

Göydən axdı güllələr

Yerdə bitdi çiçəklər

İnsanlar ölürdü sanki

Tökülürdü ləçəklər

Göydən axdı güllələr

Vaxtsız qoyulan nöqtələr

Mələk tək gözəl

Təmiz qızların

Bədənlərində qanlı yaralar

Və boyanırdı qırmızıya arxlar

Dünənki gülüşləri

Bu gün örtüb qar

Qanlı torpağa qarışıb duz çörəklər

Ata ilə oğulu bir ağacdan asdılar

Aman Allah bu yaraları sarımaq

Necə çətindi

Susaraq anlamaq

Neçə gəlinin bəyaz libasını

Geyinilməmiş torpağla qapamaq

Göydən axdı güllələr

Yerdə bitdi çiçəklər

İnsanlar ölürdü sanki

Tökülürdü ləçəklər

Göydən axdı güllələr

Yerdə bitdi çiçəklər

İnsanlar ölürdü sanki

Tökülürdü ləçəklər...

Lebih Daripada Qaraqan

Lihat semualogo