İlahi, şahid ol özün, mən ağlıram balam gülür
İlahi, şahid ol özün, mən ağlıram balam gülür
Yavaş-yavaş yumur gözün, mən ağlıram balam gülür
Yavaş-yavaş yumur gözün, mən ağlıram balam gülür
Atıbdı Hərmələ oxun, kamanı saldı çiyninə
Əlimdə bənzədi balam, yaralı bir göyərçinə
Salar ölüncə bu yara Rubabi qəm kəməndinə
Anası öldürür özün, mən ağlıram balam gülür
Mən ağlıram balam gülür
Çəkib anası altı ay, bu nazidanə nazını
Gətirdi Kərbəlaya ta, ana öz imtiyazını
Necə açar qəmatini, necə öpər boğazını
Desəm çətindir ox sözün, mən ağlıram balam gülür
Mən ağlıram balam gülür
Mən oğlumu gətirmişəm, nigarıma fəda edəm
Gərək əzizimin qanın, göyə səpəm dua edəm
Ki ta tamami aləmi, bu eşqə aşina edəm
Deyəm bəlalara dözün, mən ağlıram balam gülür
Nə su veribdi Hərmələ, nə də tərəhhüm eylədi
Çəməndə bağibanilən gülü təcəssüm eylədi
Eşitdi Fatimə səsin, balam təbəssüm eylədi
Behiştə döndərib üzün, mən ağlıram balam gülür
Mən ağlıram balam gülür
Mən ağlıram bu illətə, anası müntəzir qalıb
Balam gülür buna görə, behiştdən ətrini alıb
Hərəm quşu qanad çalıb, qolunu boynuma salıb
Görübdür eşq möcüzün, mən ağlıram balam gülür
Mən ağlıram balam gülür
Kəlami tikmədi gözün, cahanda şer ümidinə
Balası getdi yaralı, şehidi eşq dininə
Özü gözünü bağladı, kəfən biçib Səidinə
Dedi balamdan əl üzün