menu-iconlogo
huatong
huatong
avatar

Pətək (written for Naz)

Talib Talehuatong
꧁★P̟A̟S̟H̟A̟★꧂huatong
Lirik
Rakaman
Sevdisə çox həssas olur ürək,

Yaman olmuşam ürəyi kövrək.

Mənim gözümdə, ən gözəl göyçək,

Bil ki bir sənsən, bir huri mələk

Elə sevinəm üzünü görcək,

Anlayıram bu sevgi bir gerçək.

Eşqimiz şirin bal kimi desək

Sevgindi çiçək, qəlbimdi pətək.

Bir ürəyim var, yarısı səndə,

Min istəyim var, hamısı səndə.

Mən istəsəm də, istəməsəm də,

Qəlbim pətəksə, arısı səndə.

Bir ürəyim var, yarısı səndə,

Min istəyim var, hamısı səndə.

Mən istəsəm də, istəməsəm də,

Qəlbim pətəksə, arısı səndə.

Qaranlığımın işığı səndə,

Küssəm həyatdan barışığı səndə.

Həyat gözəldir sevib-sevəndə,

O gözəlliyin yaraşığı səndə.

Elə sevinəm üzünü görcək,

Anlayıram bu sevgi bir gerçək.

Eşqimiz şirin bal kimi desək

Sevgindi çiçək, qəlbimdi pətək.

Bir ürəyim var, yarısı səndə,

Min istəyim var, hamısı səndə.

Mən istəsəm də, istəməsəm də,

Qəlbim pətəksə, arısı səndə.

Bir ürəyim var, yarısı səndə,

Min istəyim var, hamısı səndə.

Mən istəsəm də, istəməsəm də,

Qəlbim pətəksə, arısı səndə.

(written for Naz)

Lebih Daripada Talib Tale

Lihat semualogo
Pətək (written for Naz) oleh Talib Tale - Lirik dan Liputan