Müqəddəs yoldasan, dönməz yoldasan
Xalqın haqq səsini ucaldan əsgər
Müqəddəs yoldasan, dönməz yoldasan
Xalqın haqq səsini ucaldan əsgər
Döyüş meydanında zəfər çalmağa
Qələbə sorağlı qəhrəman əsgər
Döyüş meydanında zəfər çalmağa
Qələbə sorağlı qəhrəman əsgər
Qələbə sorağlı qəhrəman əsgər
Qarabağ qolların açıb uzaqdan
Səsləyir övladın, qaçır həsrətdən
Yaşa ər oğullar böyüdən ana
Yaşa Azərbaycan, yaşa, ey vətən
Qarabağ qolların açıb uzaqdan
Səsləyir övladın, qaçır həsrətdən
Yaşa ər oğullar böyüdən ana
Yaşa Azərbaycan, yaşa, ey vətən
Gözümüzü qisas tutub, ay qardaş
Oyan otuz illik xarıbülbülüm
Pillə-pillə, addım-addım, yavaş-yavaş
Biz gəlirik sənə sarı bülbülüm
Yaxındır qələbə, yaxındır zəfər
Atəş et, əmrinə tabedir əsgər
Yaxındır qələbə, yaxındır zəfər
Atəş et əmrinə tabedir əsgər
Hüriyyət yolunda sevinc göz yaşları
Şərəflə-qeyrətlə öndədir əsgər
Hüriyyət yolunda sevinc göz yaşları
Şərəflə-qeyrətlə öndədir əsgər
Şərəflə-qeyrətlə öndədir əsgər
Qarabağ qolların açıb uzaqdan
Səsləyir övladın, qaçır həsrətdən
Yaşa ər oğullar böyüdən hər ana
Yaşa Azərbaycan, yaşa, ey vətən
Qarabağ qolların açıb uzaqdan
Səsləyir övladın, qaçır həsrətdən
Yaşa ər oğullar böyüdən ana
Yaşa Azərbaycan, yaşa, ey vətən
Qorxutmaz bizi düşmənin mərmisi
Qarabağa düşən iz olmalıyıq
Hey artır bizdə şəhidlik sevgisi
Biz Poladla Mübariz olmalıyıq
Üç rəngli bayrağın qanlı yaddaşı
Körpələrin duyulmamış səsi var
Türkün elə Türkdür yalnız qardaşı
Qarabağda əsgərin nəfəsi var
Qarabağ qolların açıb uzaqdan
Səsləyir övladın, qaçır həsrətdən
Yaşa ər oğullar böyüdən ana
Yaşa Azərbaycan, yaşa, ey vətən