menu-iconlogo
huatong
huatong
avatar

Sonuncu Zəng

Elnarə Xəlilovahuatong
moreautransport38huatong
Letra
Gravações
Geri gəlmərəm dedim, amma

Yenə qayıtdım bir çağırışla

Səni silmişəm dedim, amma

Unutdum hər şeyi bir baxışla

Yenə itəcək iradəm mənim

Görüşəndə biz tutanda sən əllərimi

Ona görə söz verdim özümə

Görüşə gəlməyəcəm daha məni bağışla

Susdun yenə itdin üfüqlərdə

Gəlsən geri nə olacaq bilmirəm ki

Dağılar qalalar sən bir üfürməklə

Silirəm səni mən deyirəm amma silmirəm ki

Susdun itdin getdin

Səni səni səni səni səni silirəm mən

Sonuncu zəng sonuncu sms

Mən görüşlərdən sonra bitirirəm hər şeyi

Yenə səndən zəng, yenə səndən sms

İtirirəm özümü, itirirəm hər şeyi

Sonuncu zəng sonuncu sms

Mən görüşlərdən sonra bitirirəm hər şeyi

Yenə səndən zəng, yenə səndən sms

İtirirəm özümü, itirirəm hər şeyi

Gəlmə bir daha geri

Bulandırma durulmuş suları

Bitib yaşatdığın qış

Yaşayıram ömrümdə yeni baharı

Çox çətinliklə olsa da mən unutdum olanları

İndi öz əlimdədir ürəyimin açarı

Yenə itdin sən, yoxdur zənglər və mən darıxıram

Bitsin qoy bu oyun, mən səninlə barışıram

Sonuncu zəng sonuncu sms

Mən görüşlərdən sonra bitirirəm hər şeyi

Yenə səndən zəng, yenə səndən sms

İtirirəm özümü, itirirəm hər şeyi

Sonuncu zəng sonuncu sms

Mən görüşlərdən sonra bitirirəm hər şeyi

Yenə səndən zəng, yenə səndən sms

İtirirəm özümü, itirirəm hər şeyi

Nə qədər mən istəsəm də sənsiz

Alınmır heç sənsiz alınmır heç

Mən bacarmıram seçmək

Ona görə sən gedimmi seç yoxsa qalımmı seç

Susdun itdin getdin

Səni səni səni səni səni silirəm mən

Sonuncu zəng sonuncu sms

Mən görüşlərdən sonra bitirirəm hər şeyi

Yenə səndən zəng, yenə səndən sms

İtirirəm özümü, itirirəm hər şeyi

Sonuncu zəng sonuncu sms

Mən görüşlərdən sonra bitirirəm hər şeyi

Yеnə səndən zəng, yenə səndən sms

İtirirəm özümü, itirirəm hər şeyi

Mais de Elnarə Xəlilova

Ver todaslogo
Sonuncu Zəng de Elnarə Xəlilova – Letras & Covers