menu-iconlogo
huatong
huatong
avatar

Varmı

Hisshuatong
samdarhuatong
Letra
Gravações
Bu dəfə boş deyil daha

Ürəyim dərdlərlə dolu

Bürünüb səhvlərlə yolun

Bu ömür mənə zəhər olub

Ayrılıq xoş deyil, aha

Həyatda hər səhnə olur

Gözləyib hər səhər onu

Bu ömür mənə zəhər olub

Gedir belə hara?

Ayrılmaq istəmirsən, verək ara

De, nə cür edək? Nə cür olsa

Alıb onsuz yara

Bu şəhər ağ və qara

Rəngli hissə para-para

Qulaq asma insanlara

Sonra inanıb onlara

Mən itirəm

Hər gecə qaranlığa birəbirəm

Susuram, danışıram, bilinməyən gizli sirrəm

Bilirəm, bir qarışıqlıq içində gedirəm

Nə çarə yaşamağa varmı aranızda bilən?

Varmı, varmı, varmı?

Həyatın yoxdur haqqı artıq

Biz uduzub yarışı yarıda qaldıq

Yaxşılıq qarşılığını almır

Mənə deyin, varmı, varmı, varmı?

Həyatın yoxdur haqqı artıq

Biz uduzub yarışı yarıda qaldıq

Yaxşılıq qarşılığını almır

Söylə hanı?

İndi tam olan hər şeyimiz yarım

Gözlərim keçmişimizin izini bax axtarır

Bəs hanı

Xəyalların apardığı vaxtlar?

Bax dünəninə sarı dönüb dünəninə sarıl

Mən itirəm

Bu sevgi tarixinin qırışları

Həyatımızın kasetini geri-geri sarın

Bəlkə də, olmamışıq, söylə mənə, yoxsa varıq?

Beynimin içi sanki 90-ların mahnıları

Varmı, varmı, varmı?

Həyatın yoxdur haqqı artıq

Biz uduzub yarışı yarıda qaldıq

Yaxşılıq qarşılığını almır

Mənə deyin, varmı, varmı, varmı?

Həyatın yoxdur haqqı artıq

Biz uduzub yarışı yarıda qaldıq

Yaxşılıq qarşılığını almır

Mais de Hiss

Ver todaslogo