Yenə evə mən qayıdıram
Göz yaşımı mən gizlədirəm
Mən aldanıb, aldanmaq istəyirəm
Neyləyim mən səni sevirəm?!
Yenə qaldım yuxusuz
Hərdən göylərdə qalar ulduzsuz
İsindirməz məni kimsəsiz sevgi
Çarəsiz sevgi
Qayıdıram mən sənsizliyə
Qayıdıram soyuq dünyaya
Qayıdıram sənsiz, sözsüz
Sənə görə yenə mən
Yenə sənsiz mən oyanıram
Mən şamları tək yandırıram
O anlara yenidən qayıdıram
Neyləyim mən səni sevirəm?!
Yenə qaldım yuxusuz
Hərdən göylərdə qalar ulduzsuz
İsindirməz məni kimsəsiz sevgi
Çarəsiz sevgi
Qayıdıram mən sənsizliyə
Qayıdıram soyuq dünyaya
Qayıdıram, bilmirəm niyə?
Qayıdıram sənsiz dünyaya
Qayıdıram sənsiz, sözsüz
Sənə görə yenə mən
Qayıdıram mən sənsizliyə
Qayıdıram soyuq dünyaya
Qayıdıram, bilmirəm niyə, niyə?!
Qayıdıram sənsiz dünyaya
Qayıdıram sənsiz, sözsüz
Sənə görə yenə mən