menu-iconlogo
huatong
huatong
avatar

Aid Vecsiz

Orkhan Zeynallihuatong
tianzaiwoxinhuatong
Letra
Gravações
Yenə də həmin səs, 2007-dən bu günə

Mənlə bir keçdi neçə gənc növbəti yaş həddinə

Qəhrəmanlar var idi ki, öldülər gözümün önündə

Səhvləri axtardım ancaq özümdə, öz əməlimdə

Birgə bir yol cızdıq, bu yolu az adam gedə bilər

"Bir H.O.S.T-çunun həyatı"ndan "Torpaqdan Ev"ə qədər

Hər bir ötən nağıl, yenisinə mövzu verir

Mənim nağlımı təsvir edib illər öncə Ekzüperi

Məni dinləyən sonradan bəlkə tanımır həmin Orxanı

AiD "Vecsiz" vaxtların, "Karusel"i oxuyan oğlanı

Gah saçlar tam qısa, bəzən "ободок" başda

Yaşıyıb Da Vinçi qədər, yoxsa öləcəm Van Qoq yaşda?

Biz gəlib-gedirik, dəyişir adlar, gəlir yeni nəsil

Mən heç vaxt qarşı deyiləm ki, musiqi yenilənsin

Bu sürətə çatmaqçün olmaq gərək "Sonic" adam

Bilirəm, dinləyirsən məni arada sən də bezib elektronikadan

Vaxt tez keçir, vaxt tez keçir

Gec-gec süzürəm, amma tez içir

Məni tanıyırsan mahnılardan

Mahnılarım zor, amma pis içim

Vaxt tez keçir, vaxt tez keçir

Gec-gec süzürəm, amma tez içir

Məni tanıyırsan mahnılardan

Mahnılarım zor, amma pis içim

Qəribə insanam, repdən gedirəm dediyim

Günün səhərisi başlayıram "beat" toplayıb

Yeni albom yazmağa

Gah aylarla səhifələrim bağlı, gah yenidən aktiv

Nəbzimin üstündəki simvolikadır, deyil interaktiv

3 il ara verib, bir hit buraxıb girirəm toplist-ə

Bilirsən avanturistəm, bu səyahətdə avam turistəm

Gəzirəm plansız, xəritəsiz, bir gün elə, bir gün belə

Tipik əkizlər bürcündən çətin bir adam yol istər

Bu "beat" plagiat deyil, "rest in peace" "2 Pac - Thugs Cry"

Bütün əfsanələrin şərəfinə qaldırılan qədəh bu

YouTube-da "description" bölməsinə yazılası mətni

Qafiyələndirib trekinə sala biləcək qədər "cool"

Mən heç nə bilmirəm necə John Snow

Shake that ass, dip it low

Bitch please, forget about Dre, Nas is like, lay low

Mən pis insan, pis sevgili, pis dostam

Amma ki, ildə bir dənə super hit

Atıram Bakıya "East Coast"dan

Vaxt tez keçir, vaxt tez keçir

Gec-gec süzürəm, amma tez içir

Məni tanıyırsan mahnılardan

Mahnılarım zor, amma pis içim

Vaxt tez keçir, vaxt tez keçir

Gec-gec süzürəm, amma tez içir

Məni tanıyırsan mahnılardan

Mahnılarım zor, amma pis içim

Vaxt tez keçir, vaxt tez keçir

Gec-gec süzürəm, amma tez içir

Məni tanıyırsan mahnılardan

Mahnılarım zor, amma pis içim

Vaxt tez keçir, vaxt tez keçir

Gec-gec süzürəm, amma tez içir

Məni tanıyırsan mahnılardan

Mahnılarım zor, amma içim də zordur

You... 2021, ilk trek, bəlkə də son trek

Bilmirəm, nəysə... Baxarıq

Mais de Orkhan Zeynalli

Ver todaslogo
Aid Vecsiz de Orkhan Zeynalli – Letras & Covers