menu-iconlogo
huatong
huatong
avatar

Özümə

Qaraqan/Bidarhuatong
vwe231huatong
Letra
Gravações
Əgər bütün yollar aparırsa sonsuzluğa, uçurumlar dibinə

Mən qayıdıram geriyə

Əgər "gələcək" dedikləri gətirəcəksə özü ilə bir xeyir, iki şər

Mən qayıdıram keçmişə

Əgər dəvət elədikləri "yeni cəsur dünya"da biz kölgə və özgə

Mən qayıdıram evimə

Əgər yalan və qorxu ilə toxunmuş təbəssümü tikəcəklərsə üzümə

Mən qayıdıram özümə

Mən dönürəm özümə, özümə

Mən dönürəm düzümə, düzümə

Çıxaram Çənlibelimin izinə

Ben dönerim özüme, özüme

Ben dönerim yüzüme, sözüme

Giderim doğrularımın peşine

Əgər kəlimələrinin anlamı qarışıq, yarı düz, yarı yalan "yenisöyləm"

Qayıdıram ana dilimə

Dəyər verdikləri xarici görünüş, var-dövlət, əlvan əlbisələr

Bürünürəm sümüyümə, dərimə

Əgər qaldırdıqları uca zirvədə alçaq adamlar, əcaib cinlər

Diyarından enirəm düzümə

Əgər zəngin birliklərinə qoşulmağın əvəzi itirilmiş mənliklər

Lazım deyil, mən yetərəm özümə

Mən dönürəm özümə, özümə

Mən dönürəm düzümə, düzümə

Çıxaram Çənlibelimin izinə

Ben dönerim özüme, özüme

Ben dönerim yüzüme, sözüme

Giderim doğrularımın peşine

Mən qayıdıram özümə

Yalanlardan doğruma, düzümə

Çıxaram Çənlibelimin izinə

Mais de Qaraqan/Bidar

Ver todaslogo