Gözəlim, aşiqin salma nəzərdən
Həsrətindən ölürəm, gəl bizə hərdən
Gözəlim, aşiqin salma nəzərdən
Həsrətindən ölürəm, gəl bizə hərdən
Sənə çoxdan vurulub bu dəli könlüm
Neyləyim ki, xəbərin yoxdur xəbərdən
Gəl, mənə naz eyləmə, ay dəli ceyran
O qara gözlərinə olmuşam heyran
Gəl, mənə naz eyləmə, ay dəli ceyran
O qara gözlərinə olmuşam heyran
Bir dönüb baxmaq ila canımı aldın
Məni Məcnun eyləyib çöllərə saldın
Bir dönüb baxmaq ila canımı aldın
Məni Məcnun eyləyib çöllərə saldın
Mən inandım sənə, öz könlümü verdim
Mən atıb, gedib əğyar ilə qaldın
Gəl, mənə naz eyləmə, ay dəli ceyran
O qara gözlərinə olmuşam heyran
Gəl, mənə naz eyləmə, ay dəli ceyran
O qara gözlərinə olmuşam heyran