menu-iconlogo
huatong
huatong
Letra
Gravações
Yenə yuxuda qayıtdı ötən günə

Səfərə çıxan hərbi kalon

Öndə gözləyər döyüş onu

Partlayış olar, pusqu birdən

Heyətlər alar mövqe

Yerdə

Qanla örtülü torpaq, bədən

Sonra ayılar - yuxu, qorxu

Yenə

Rabitə ilə bütün tağımlara ötürdülər

"Birinci, sonuncu maşın vuruldu" dedilər

Bölük komandiri baş leytenant, soyuqqanlı

Bilir, tez qərar vermək lazım bu anda

Yolun iki tərəfi meşə, mərmi hava deşir

Göyə qalxan qara tüstü, örtür Günəşi

Sıx, hündür ağaclar bağlayır görünüşü

Sanki bir bölük əsgər kabusla döyüşür

Rabitəçi yaralı, onu yana sürüyür

Sonra atəş gələn tərəfi gülləyə bürüyür

Ümid edir, arxa bölük onlara çatar

İşə düşür lənətə gəlmiş qumbaraatan

Piyadanın döyüş maşını vurulur, amma

İndi düşmənin atəş mövqeyi məlum tağıma

Barmaq, tətik, qan dolu gözlər, nişan

Vurulan hər hədəflə içində qəlbi coşur

Snayper gülləsi, dəbilqə qoruyur başı

Sonra çavuşu vururlar, zabit qana bulaşır

Üzdən qanı silir, qumbaranı edir hazır

Atır, hər partlayış yeni məzar qazır

Bu an minaatan mərmisinin vıyıltısı

Zərbə dalğası, sonra sükut, beyin susur

Gözünü açır - hospital, həkim onu oyadır

O vaxtdan hər gecə bu döyüşə qayıdır

Hisslərim qalıb oralarda

Mən can qoydum, mən qan tökdüm yolunda

Minləri qalıb oralarda

Mənə qıymadın, məni almadın yanına

Çağırsan əgər hüzuruna

İlk sırada, ön cərgədə duraram

Beşikdən ta ki, məzarıma

Sənə sadiqəm, sənə bağlıyam

Yenə

Mais de Uran/Şemistan Elizamanlı

Ver todaslogo