Gözün baxır qarə-qarə
Qəlbim olur parə-parə
Qaçma məndən, ey gözəlim
Sənsizliyə yoxdur çarə
Gözün baxır qarə-qarə
Qəlbim olur parə-parə
Qaçma məndən, ey gözəlim
Sənsizliyə yoxdur çarə
Külək apar, söylə yarə
Həsrətinə yoxdur bir çarə
Külək apar, söylə yarə
Sənsizliyə yoxdur bir çarə
Əs ey külək, söylə yarə
Həsrətinə yoxdur bir çarə
Əs ey külək, söylə yarə
Sənsizliyə yoxdur bir çarə
Qılınc kimi iti gözlər
Yaralıyır sol yanımı
Biri Göygöl, biri Maralgöl
Naz ilə bax, al canımı
Ceyran kimi baxan gözlər
Görəmmirmi bu halımı?
Bir insaf et, ayaq saxla
Dinlə bircə sualımı
Sən insansan, yoxsa mələk?
Gizləmisən qanadını
Təsadüfdür yoxsa fələk
Gəl birgə deyək adını
Bilirəm, sevmir Bakını
Özlər ana qucağını
Külək oxşasın başını
Darama sən saçlarını
Darama, qurban olduğum
Hər telin bir xəzəl kimi
Xəzri, Gilavar oynasın
Dalğalansın Xəzər kimi
Hər baxanda donub qaldım
Üzün sanki qar dənəsi
Günəşi də qısqandırdın
Parlar üzün qəmər kimi
Gözlərimi qamaşdırdı
Yanağın qürub atəşi
Kaş izləsəm yanağında
Hər şəfəqi ilk gün kimi
Bəsdi işvə, yetər bu naz
Dön bir gör aşiqini
Salıb atəşə bu qəlbimi
Kül oluram simurq kimi
Külək apar, söylə yarə
Həsrətinə yoxdur bir çarə
Külək apar, söylə yarə
Sənsizliyə yoxdur bir çarə
Əs ey külək, söylə yarə
Həsrətinə yoxdur bir çarə
Əs ey külək, söylə yarə
Sənsizliyə yoxdur bir çarə