Novruz gəlir yaz gəlir
Bir əlində saz gəlir
Bir əlində xoncası
Açıb gülün qönçəsi
Bülbulə avaz gəlir
Novruz gəlir, yaz gəlir...
Bülbulə avaz gəlir
Novruz gəlir, yaz gəlir...
Kosa səndə gəlsənə,
Gəlib SALAM Versənə.
O torbanı ver görək,
Yumurtalar rəng bə rəng.
Hər biri can dərmanı,
Ver dolduraq torbanı...
Hər biri can dərmanı,
Ver dolduraq torbanı...
Novruza bax , yaza bax
Bir əriyən buza bax
Sellər axır şırhaşır
Çöllər olur yamyaşıl
Ot bitər yemlik bitir
Keçəl başda tük bitir...
Ot bitər yemlik bitir
Keçəl başda tük bitir...
Keçəl başın yağlasın
Dəsmal verin bağlasın
Təqs eliyək oynayaq
Çırdıq çalaq şadlanaq
Əl çalaq alqışlayaq
Bu məclisi başlayaq...
Əl çalaq alqışlayaq
Bu məclisi başlayaq...
Novruz gəlir yaz gəlir
Bir əlində saz gəlir
Bir əlində xoncası
Açıb gülün qönçəsi
Bülbulə avaz gəlir
Novruz gəlir, yaz gəlir...
Bülbulə avaz gəlir
Novruz gəlir, yaz gəlir...