menu-iconlogo
logo

Kaya Ilesi Cilek

logo
Тексты
Sonu varmı bitəcək bəs nə qədər qəlbimi həsrət

Səni verdi amma hər şeyimi mənim aldı məhəbbət

Dözərəm mən, mənə güc verdi, səbr verdi ümidlər

Dözə bilsə, əridər dağdan uca dərdi ümidlər

Sonu varmı bitəcək bəs nə qədər qəlbimi həsrət

Səni verdi amma hər şeyimi mənim aldım məhəbbət.

Dözərəm mən, mənə güc verdi, səbr verdi ümidlər

Dözə bilsə, əridər dağdan uca dərdi ümidlər

Tut əlimdən, mənə sənsiz yaşamaq dərddi, gülüm, gəl

Tut əlimdən, öləcəmsə, qoy əllərindən ölüm mən

Tut əlimdən, görürəm yalnız bu xoşbəxtliyi səndə

Tut əlimdən, desələr. kimdədi könlün, de ki, məndə

Geri dön ki, yaşayaq bir də o günləri təkrar

Geri dön ki, səni səndən daha çox sevənin var

Gəl həyatım, səni yollarda gözüm axtarır hər gün

Gəl əzizim, sənə qəlbim dil açıb yalvarır hər gün

Tut əlimdən, mənə sənsiz yaşamaq dərddi, gülüm, gəl

Tut əlimdən, öləcəmsə, qoy əllərindən ölüm mən

Tut əlimdən, görürəm yalnız bu xoşbəxtliyi səndə

Tut əlimdən, desələr kimdədi könlün, de ki, məndə

Tut əlimdən, mənə sənsiz yaşamaq dərddi, gülüm, gəl

Tut əlimdən, öləm. , qoy əllərindən ölüm mən