menu-iconlogo
logo

Öz Evinə

logo
เนื้อเพลง
Gedirsən, çıx get, amma sayma bunu yalvarışdan

Bilirəm, olmazdıq biz, yanlış idik çünki başdan

Göz yumub yalanlara, keçmişdə olanlara

Cismim bahardadır, ruhum qalıb qarda, qışda

Deməli, boşa imiş gecələrlə səsli zənglər

Səndə ürək yoxmuş, yalan sözlər, boş ümidlər

Daha mən inanmıram ki, yenidən sevə qəlbim

Əlinlə qırıb qəlbi parçaladın əlli yerdən

Geridə qalanları düşünmə

Danış o yalanları yad birinə

Ya qalıb hər şeyi düzəldib

Dön geriyə, öz evinə

Geridə qalanları düşünmə

Danış o yalanları yad birinə

Ya qalıb hər şeyi düzəldib

Dön geriyə, öz evinə

Əlində yad əllərin izi varsa, dönmə mənə

Qəlbini mənsizliyin, yalnızlığın hissi sarsın

Düşəndə çətinliyə uşaq kimi qaçma yenə

Ağlından kim sildisə, qoy dərdini o aparsın

Unut o gecələrlə qurduğumuz xəyalları

Unut ki, sil ağlından bir açılan bir sabahları

Gedəndə yaxşı get ki, qoy ağlımda yaxşı qalsın

Özündə qalmasan da, nə də olsa xətrin qalır

Amma mən düşüb dara sənin kimi qaçmadım heç

Sevgiyə cəsarət də, qorxaqlıq da bir qarışır

Ağlayıb sızlama bax, indi ayıl, olanda gec

Yaranı kim saracaq

Əlini kim tutacaq

Gör mənim sevgimi

Geridə qalanları düşünmə

Danış o yalanları yad birinə

Ya qalıb hər şeyi düzəldib

Dön geriyə, öz evinə

Geridə qalanları düşünmə

Danış o yalanları yad birinə

Ya qalıb hər şeyi düzəldib

Dön geriyə, öz evinə

Öz Evinə โดย İlkin Abbasov/SOLE (쏠) – เนื้อเพลง & คัฟเวอร์