menu-iconlogo
huatong
huatong
avatar

Torpaqdan Ev / Kor Zabit

Orkhan Zeynalli/Uranhuatong
เนื้อเพลง
บันทึก
Salam, əsgər! Danışır Vətən

Sağ ol ki, varsan!

Bünövrəsi millət olan evdə sən, bil ki, divarsan

Həm oğulsan, həm ata

Həm qardaş, həm də ki yarsan

Bilirdim, gələcəksən

30 ildir, tərk-i diyarsan

Döyüşə gedir igidlər

Gedir ömürlük burada

Əmrini verir komandir

Qışqırır bölük burada

'92 fevralında qar içində qaçan körpələr

Əridib buzlar içində

Böyüyüb dönüb qurda

Döyüşə gedir igidlər

Qulaqlarında "Dəyirman - Ya Qarabağ, ya Ölüm"

"Kor Zabit", "Okaber - Taboo"

"Guantanamero", "Marş"

"İgid Əsgər - Şəmistan"

Sənə hər an can qurban

Sən olasan Gülüstan

Nigaran ananın göz qapaqlarında gir, islan

Əllərindən öpürəm, ana

Qəlbində bitsin üsyan

Doğsun Günəş camalında

Kəsilsin əbədi leysan

Oğlun bitirdi hicranı

Evinə dönür, gör, neçə insan

Kor zabit, onun gözlərini onun torpağı alıb

Kor zabit narahatdır, çünki hələ qisas qalıb

Kor zabit müdrikdir, inanır, vaxt gələcək

Kor gözləri torpaqlar qayıdandan sonra görəcək

Kor zabit, onun gözlərini onun torpağı alıb

Kor zabit narahatdır, çünki hələ qisas qalıb

Kor zabit müdrikdir, inanır, vaxt gələcək

Kor gözləri torpaqlar qayıdandan sonra görəcək

93-cü illər, döyüşlər, Ağdam

Axıdılan bir qram qan

Bir parça torpaq deməkdir

Bunu döyüşən hər adam yaxşı başa düşür

Müharibə meydanında, adətən

Ölüm və həyat mələkləri görüşər

Qanlı döyüşlərin birində

Partlayan mərmidən qopan qəlpədən

Biri bu zabiti edir kor

O fikirləşir, ya gör, ya da belə yaşamaq olmaz

Göz azadlıqdır, qanadsız quş havada qalmaz

Hərbi hospital, 1 saat cərrahiyyə əməliyyatı

İnsan mənəviyyatı, insan iradəsi

Bu əməliyyatın hər dəqiqəsi

İşıqla qaranlığın mübarizəsi

İnsanla ölümün, nuru qayıtmır zabit gözünün

Qayıdır ürəyi, həyat enerjisi, çox şükür

Cərrah həkim bunu etmək üçün yaman tər tökür

Amma tale döyüşdə, adətən, çox qəddar

Zabit çıxır hospitaldan, əldə əsas ona həmkar

Çox həkim ümid verir

Çox həkim deyir: "O görəcək"

Hamı fikirləşir: "Zabit sevinəcək bunları eşidib"

Düzdür, dövlət ona verib

Təltiflər və medallar

Zabitə isə lazımdır

Gözünü alan torpaqlar

Satqınçılıqla verilən yerlər

Mənfəətlə birləşən göylər

Alçaqlıq, ikiüzlülük

Bunlar qalacaq kor zabitin yaddaşında ömürlük

Biz insanlar bəzən görərək

Ürəyimiz döyünərək yaşamırıq, ölürük

Kor zabit, onun gözlərini onun torpağı alıb

Kor zabit narahatdır, çünki hələ qisas qalıb

Kor zabit müdrikdir, inanır, vaxt gələcək

Kor gözləri torpaqlar qayıdandan sonra görəcək

Kor zabit, onun gözlərini onun torpağı alıb

Kor zabit narahatdır, çünki hələ qisas qalıb

Kor zabit müdrikdir, inanır, vaxt gələcək

Kor gözləri torpaqlar qayıdandan sonra görəcək

Bir gün oğul nəsə deyir zabit atasına

Dediyi sözlər duz tökür veteran zabitin yarasına

Həyat ağrılarının hamısına dözən zabitə gəlir qəribə

Yeni nəslin bu səhv düşüncəsi

Oğul deyir: "Müharibə başlayarsa

Əgər birisi gizlənir"

Başqasının ölüsü, dirisi

Haqdan xəbəri yox

Onda hanı vətənpərvərlik?

Hanı milliyyətçilik hissi?

Belə şeylər, əziz atam

Öldürmürmü həvəsi?

Kor zabit qalxır ayağa oturduğu yerdən

Sol əli əsir, damla yaş çıxır gözündən

Birdən bədəni əsir əsəbdən

Oğul peşmandır suala

Ağsaqqal gözlərin göstərib deyir

Məni bu hala salan mənim mənliyim

Mənim vicdanımdır, halaldır qanım

Bu torpağa görə şikəst canım

Qeyrətim bayrağımdır

Ürəyim Azərbaycanın

Ölüm, külə dönüm, yanım

Məhv olum, solum-sağım olsun

Milliliyini danan zibillər

Amma bu ellər götürüb silah dönəcək yenə səngərə

Əgər hərə çəkilsə bir qırağa

Onda Qarabağa və digər torpaqlara

Axı kim olacaq cavabdeh?

Ancaq səfeh insanlar bu dünyada özün düşünür

Yaxşı ki, gözlərim görmür, lakin qəlb döyünür

Mənimkimiləri ikinci kərə müharibəyə başlayacaq

Gözlərim cəhənnəmə

Əsas Azərbaycan yaşayacaq!

Qoyulmayacaq qərənfillər daha cüt say, Qarabağ

Bitir soyuq qış, üfüqdə görünür yay, Qarabağ

Dе, varmı gözəlliyinə bu cahanda tay, Qarabağ?

Olmaz bir qarışından düşmənə pay, Qarabağ

Kor zabit, onun gözlərini onun torpağı alıb

Kor zabit narahatdır, çünki hələ qisas qalıb

Kor zabit müdrikdir, inanır, vaxt gələcək

Kor gözləri torpaqlar qayıdandan sonra görəcək

Və gördü

İnşAllah

İnşAllah

เพิ่มเติมจาก Orkhan Zeynalli/Uran

ดูทั้งหมดlogo