Gülüşlərim donub qaldı üzümdə
Göz yaşlarım buz bağladı gözümdə
Söz vermişəm mən qalmışam sözümdə
Sənsə mənə vəfasızlıq eylədin
Sənsə mənə vəfasızlıq eylədin
Gülüşlərim donub qaldı üzümdə
Göz yaşlarım buz bağladı gözümdə
Söz vermişəm mən qalmışam sözümdə
Sənsə mənə vəfasızlıq eylədin
Sənsə mənə vəfasızlıq eylədin
Mən yolunda dağdan axdım çay oldum
Qaranlıqda səndən ötrü ay oldum
Üşüyürdün qışda sənə yay oldum
Söylə görüm sən mənimçün neylədin
Neylədin neylədin
Söylə görüm sən mənimçün neylədin
Mən yolunda dağdan axdım çay oldum
Qaranlıqda səndən ötrü ay oldum
Üşüyürdün qışda sənə yay oldum
Söylə görüm sən mənimçün neylədin
Neylədin neylədin
Söylə görüm sən mənimçün neylədin
Nəfəsimlə ağ dumanı dağıtdım
Nur gözümlə gözlərinə baxırdım
Səni sonsuz bir asiman sanırdım
Gözüm görmür asimanı neylədim
Gözüm görmür asimanı neylədim
Nəfəsimlə ağ dumanı dağıtdım
Nur gözümlə gözlərinə baxırdım
Səni sonsuz bir asiman sanırdım
Gözüm görmür asimanı neylədin
Gözüm görmür asimanı neylədin
Səndən uzaq çıxıb gedə bilmirəm
Bu ayrılıq nəğməsini sevmirəm
Sən dünyamsan dünyanı mən neynirəm
Sevgi dolu dünyamızı neylədin
Neylədin neylədin
Sevgi dolu dünyamızı neylədin
Səndən uzaq çıxıb gedə bilmirəm
Bu ayrılıq nəğməsini sevmirəm
Sən dünyamsan dünyanı mən neynirəm
Sevgi dolu dünyamızı neylədin
Neylədin neylədin
Sevgi dolu dünyamızı neylədin