Nağıl danış mənim üçün Asim Bəy Kazımsoy Qoy mən olum bir uşaq, Nağıl danış mənimçün. Yuxuda qucaqlaşaq Nağıl danış mənimçün. Yox olmasın, yox, qəti, Ayrılıq müvəqqəti! Neynirəm həqiqəti Nağıl danış mənimçün. Qəlbimin gülməsinə, Səni eşq bilməsinə, Yuxumun gəlməsinə Nağıl danış mənimçün. Gedib yaşın izindən, Öpüm qara gözündən. Dünyanın hər üzündən Nağıl danış mənimçün. Yuxum ərşə çəkilə, Dan yeriysə sökülə, Göydən ulduz tökülə Nağıl danış mənimçün. Danış ağrıdan, ahdan Danış savab, günahdan. Yenə başla sabahdan Nağıl danış mənimçün. Olum ev-eşiyində Dayanım keşiyində. Soyuqdan üşüyəndə Nağıl danış mənimçün. Nə gec olsun, nə ərkən Tanrı gəl mənə dərkən, Qolunda can verərkən Nağıl danış mənimçün...
Nağıl danış mənim üçün โดย tera – เนื้อเพลง & คัฟเวอร์