menu-iconlogo
huatong
huatong
avatar

Gülki ey qönçə dodağlım

Teyfurhuatong
ﮩﮩـ٨Teyfur٨ـﮩﮩhuatong
เนื้อเพลง
บันทึก
Karaoke Teyfur

Gül ki, ey qönçə dodaqlım ki baxım, məndə gülüm,

Gül ki, ey qönçə dodaqlım ki baxım, məndə gülüm,

Tanrı bir başqa gözəllik yaradıb səndə gülüm...

Seyri gülşəndə çıxıb seyr eləsən naz ilə

Baş əyər fəxr ilə güllər sənə gülşəndə gülüm

Gül ki, ey qönçə dodaqlım ki baxım, məndə gülüm,

Tanrı bir başqa gözəllik yaradıb səndə gülüm...

Mürği-dil boylanar hərdən qara xalın tərəfə,

Ac quşun bir gözü adətdi qalar dəndə, gülüm...

Gül ki ey qönçə dodağlım ki, baxım mən də gülüm,

Ürəyim şad olsun, gözümdə nəm gülsün.

Sənin ol gülüşlərin, cəhənnəmdə sərin sudur,

Gülümsə bircə dəfə, əhli cəhənnəm gülsün.

Yanağda qəmzələrin,sərxoş edir aşiqini,

Mənə eşqin şərabın süz, bu qərib, dəm gülsün.

Eşqidir Adəmi buğdayə tərəf sövq eləyən,

Gülümsə Həvva üçün ki, baxıb Adəm gülsün.

Mən ki,bir dünya yaratdım, içi insan doludur,

İstədim bəni Adəm, bir dəfəlik, cəm gülsün.

Sən demə hər biri eşqinlə doğulmuş cahana,

Gül ki, ey qönçə dodağlım, bütün aləm gülsün.

Yazdığım misralar, dostum olub yoxluğunda,

Gül ki ey qönçə dodağlım, mənə həmdəm gülsün.

Neçə pərvanələr də qeybə çəkilmiş deyəsən,

Bir dəfə eylə təbəssüm, əriyən şəm gülsün.

Təbibin dərmanı bezmiş, sinəmdə yarəmdən,

Nə olar, bircə dəfə gül ki, bu məlhəm gülsün.

Bu dünya qaranlığdır, dərdlərimin kölgəsindən,

Gülümsə, bütün dünya, mənimlə bahəm gülsün.

Bir adam nə qədər içər, eşq şərabın, tək başına?

Eşqimin sahibi, gül, əlimdə badəm gülsün.

İçimdə alovlarımdır, gözümdə yaş tək axır,

Gül ki ey qönçə dodağlım, bu yanar qəm gülsün.

Mənə ilhamı verən Rəbbə şükürlər olsun,

Gül ki, ey qönçə dodağlım, belə mülhəm gülsün.

Yığışıb bütün duyğular eşqin matəminə,

Gülümsə, yas bitsin, qoy əhli-matəm gülsün.

Gül ki, ey qönçə dodaqlım ki baxım, məndə gülüm,

Tanrı bir başqa gözəllik yaradıb səndə gülüm...

Mürği-dil boylanar hərdən qara xalın tərəfə,

Ac quşun bir gözü adətdi qalar dəndə, gülüm...

Karaoke Teyfur

Mürği-dil boylanar hərdən qara xalın tərəfə,

Ac quşun bir gözü adətdi qalar dəndə, gülüm...

Karaoke Teyfur

เพิ่มเติมจาก Teyfur

ดูทั้งหมดlogo