Canavar yuvada, canavar balalar
Canavar yuxuda, canavar uymalar
Onların meşədə həyatdır ansız
Tək qalıb şəhərdə canavar qız
Oğlanları sevmir, onları cırır, dağıdır
Gecələr sükutda küçələrə çıxır
Qaç, ay camaat, qaç, ay insanlar
Gecə 12-dən sonra bağlı olsun qapılar
Amma dünyada təkdir o
Dostluq, sevgidə təkdir o
Heç kimsiz, amansız
Ovçular meşədə onu öldürmək istəyirlər
Gümüşdən güllələr tək onun üçün düzəldirlər
Qaranlıq şəhərdə məşəllə axtarırlar
Özləri özünü qorxudan ancaq tapırlar
Özünü həyatdan qurtara bilmir
Gündüzlər günəşə baxa bilmir
Danışmaq istəsə, danışa bilmir
Yaylarda, istidə ürəyi qızmır
Kim onu görər, yerində qalacaq hey
Kim ona dəyər, daşa dönəcək hey
Kim onu öpər, eşqə düşəcək hey
Ancaq cavabsız qalacaq bədbəxt bəy
Arada qalıb, nə heyvan, nə adamdır
Arada qalıb, nə mələk, nə şeytandır
Arada qalıb, nə qoca, nə cavandır
Canavar qızdır, bu qız canavardır
Amma ağlayır özündə
Ürək partlayır sinəsində
Atasız, anasız canavar qız
Amma dünyada təkdir o
Dostluq, sevgidə təkdir o
Heç kimsiz canavar qız