gunel_nasirova13
[Bənd 1]
Yadına sal o günləri
Sən, mən, bir də dəniz
Unuda bilmərəm ilk günləri
Ən çox mənə əziz
Qayıdarmı o anlar bir də geri?
Qovuşarmı dalğalar əbədi?
[Nəqərat]
Röyalarda gəzirdik biz, səninlə sevirdik
Bir anda yaşandı o günlər
Röyalarda gəzirdik, dənizə bənzəyirdik
Ömürdən silinməz o günlər
[Bənd 2]
Yadına sal o hissləri
İlk eşq - ən təmiz
Unuda bilmərəm o sözləri
Sən və mən, bu, bir dəniz
Qayıdarmı o anlar bir də geri?
Qovuşarmı dalğalar əbədi?
[Nəqərat]
Röyalarda gəzirdik biz, səninlə sevirdik
Bir anda yaşandı o günlər
Röyalarda gəzirdik, dənizə bənzəyirdik
Ömürdən silinməz o günlər
Röyalarda gəzirdik biz, səninlə sevirdik
Bir anda yaşandı o günlər
Röyalarda gəzirdik, dənizə bənzəyirdik
Ömürdən silinməz o günlər
[Çıxış]
Qayıtmaz bir daha o günlər geri
Qayıtmaz bir daha o günlər...