menu-iconlogo
logo

Unuda Bilmirəm

logo
Şarkı Sözleri
Bu gecə də vərəqi qaraladım, basdım yaramın üstünə

O necə də gözəl, xatırla, düşün və tütünü tüstülə

Sanırdım unutmuşam, bədənim əsdi, gözlərimdə qəm

Xoş təsadüf, qarşılaşdıq onla biz dünən

O sanki gəl deyirdi, ürək gedir, getmə döz dedim

Qəmlə gözlərimə baxır və sanki nəsə gizlədir

Darıxmışam qışqırdım, o getmişdi

Bu gün də həmin yerdə, həmin vaxtda

Mən onu gözlədim

Bir də gəlmədi, o andan özümə gəlmədim

Mən onsuz ölərəm dedim, olmadı

Süründüm ölmədim

Bir anda vurulduğum,

Mən nəfəsinə qurban olduğum Doyunca baxdım, gözündə özümü görmədim

Olmazdı gülün solmağı, həmin an

Külək sərt əsirdi, tərpədirdi torpağı

Bir ömür keçsə unutmaram saçlarında qar

Əynində çəhrayı köynək, qolunda mavi qolbağı

Axı mən unuda bilmirəm

Harda onu da bilmirəm

Yoxdu arada dindirən

Dərd kədərdi öldürən məni

Axı mən unuda bilmirəm

Harda onu da bilmirəm

Yoxdu arada dindirən

Dərd kədərdi öldürən məni

Axı mən unuda bilmirəm

Harda onu da bilmirəm

Yoxdu arada dindirən

Dərd kədərdi öldürən məni

Toxunma qoy dəm olsun, toxunma qoy qəm olsun

Yanımda yoxsan indi, yerində bir qədəh şərab

Nə olar indi qayıt, sən şərab ol, şərab sən olsun

Hüzur gətir, xaraba qaldı xatirələrimiz

İzini itirdiyinə qalan xatirələr biz

O baxıb bəslədiyin bağın yerinə bataqlıq var

Pəncərədə qurudu güllərin

Nə lalə qaldı nə nərgiz bilirdim

Dünən gördüyüm sadəcə son görüşdü

Ayrılığa dözmədi tanrı və səni də mənlə bölüşdü

Son dəfə görürdüm səni, son dəfə baxdın getdin

Ağlıyıb Tanrıdan istəmişdim və o dönmüşdü

Sən demə dünən sadəcə gözlərimə görünmüşdün

O getdi bu dünyadan gözlərimdən ömür düşdü

O parkda gözümə görünən aşiqi olduğum o canan

Əslində bir qəzada 10 fəsil öncə ölmüşdü

Axı mən unuda bilmirəm

Harda onu da bilmirəm

Yoxdu arada dindirən

Dərd kədərdi öldürən məni

Axı mən unuda bilmirəm

Harda onu da bilmirəm

Yoxdu arada dindirən

Dərd kədərdi öldürən məni

Axı mən unuda bilmirəm

Harda onu da bilmirəm

Yoxdu arada dindirən

Dərd kədərdi öldürən məni