menu-iconlogo
huatong
huatong
namiq-qaracuxurlu-nostalji-cover-image

Nostalji

Namiq Qaracuxurluhuatong
𓄂﹡DJ〘Mr™Jeka〙﹡𓄂huatong
Şarkı Sözleri
Kayıtlar
Namiq Qaraçuxurlu - Nostalji

Karaoke Mr Jeka

Gör bir neçə vaxtdır ürəyim parçalanıbdır

Amma adın hər parçada möhkəm dayanıbdır

Gör bir neçə vaxtdır ürəyim parçalanıbdır

Amma adın hər parçada möhkəm dayanıbdır

Karaoke Mr Jeka

Gəzdim, aradım bir gözəl olsun mənə laiq

Son mənzilədək qalsın, öz ilqarına sadiq

Gəzdim, aradım bir gözəl olsun mənə laiq

Son mənzilədək qalsın, öz ilqarına sadiq

Görmeylə sənin hüsnünü oldum dəli aşiq

Bir sevgi adında yeni dünya yaranıbdır

Görmeylə sənin hüsnünü oldum dəli aşiq

Bir sevgi adında yeni dünya yaranıbdır

Gör bir neçə vaxtdır ürəyim parçalanıbdır

Amma adın hər parçada möhkəm dayanıbdır

Gör bir neçə vaxtdır ürəyim parçalanıbdır

Amma adın hər parçada möhkəm dayanıbdır

Xəbərin yoxdu sənin

Əsdi yel, əsdi külək dağıtdı çəmənliyimi

Daha mən unutmuşam şadlığımı, şənliyimi

Sənin o işvələrin, məndən alır mənliyimi

Mən məhv oluram, nəhayət xəbərin yoxdu sənin

Mən məhv oluram, nəhayət xəbərin yoxdu sənin

Cəkirəm əzab əziyyət xəbərin yoxdu sənin

Xəbərin yoxdu, ey afət, xəbərin yoxdu sənin

Məni ağlar günə saldın:

Bir gün eşq adlı baxçaya girib ey gül səni dərdim

Səni tapdım, səni gördüm

Dedim ki, qalmadı dərdim

Acı hər bir sözünün də cavabın can deyə verdim

Nə əsas var, nə səbəb var məni ağlar günə saldın

Nə əsas var, nə səbəb var məni ağlar günə saldın

Sənə mən nə eylədim yar, məni ağlar günə saldın

Catıb istədiyinə əğyar, məni ağlar günə saldın

Ölürəm yar:

Aşiqin yarələnib, ürəyi parələnib səndədir dərmanı canan

Ona lütf eyləməsən, sevirəm söyləməsən cixacaqdır canı canan

Axırda bəyan elə, bəsdir bu bəhanələr

Gülməsin biganələr, gülürəm mən, gülürəm yar

Axırda bəyan elə, bəsdir bu bəhanələr

Gülməsin biganələr, gülürəm mən, gülürəm yar

Gözümün qarəsisən, dərdimin çarəsisən

Bilirəm mən, bilirəm yar

Duymasan sözlərimi, yumuram gözlərimi

Ölürəm mən, ölürəm yar

Papanın gül balası:

Səni o vaxtı bizə bəxş eliyəndə yaradan

Hərə bir pay gətirib, etdi səninçün ərmağan

O qədər şirin idin sən dünyaya gələn zaman

Eləmişdin bizi heyran papanın gül balası

Eləmişdin bizi heyran papanın gül balası

Gəz dolan, kafe restoran papanın gül balası

Papan ölməyib, sənin can papanın gül balası

Gəz dolan, kafe restoran papanın gül balası

Papan ölməyib, sənin can papanın gül balası

Namiq Qaracuxurlu'dan Daha Fazlası

Tümünü Görlogo