menu-iconlogo
huatong
huatong
avatar

Küsüb Getdi

Sara Qədimovahuatong
⏤͟͟͞͞★LemiGalipᴹᶻᴷᴸhuatong
Şarkı Sözleri
Kayıtlar
[Bənd 1]

Göy üzündə ay dolanır, yerdə gülür gül-çiçək

Görən, haçan birdə yarım qapımızdan keçəcək?

Görən, haçan birdə yarım qapımızdan keçəcək?

Küsüb getdi yarım mənim, yollar batdı dumana

Axı niyə öz eşqimi düz demədim mən ona?

Axı niyə öz eşqimi düz demədim mən ona?

[Bənd 2]

Göydəki o tənha ulduz sanki məni andırır

Düşündükcə hicran odu ürəyimi yandırır

Düşündükcə hicran odu ürəyimi yandırır

Bəlkə indi qəm içində baxır o da yollara

Axı niyə öz eşqimi düz demədim mən yara?

Axı niyə öz eşqimi düz demədim mən yara?

[Bənd 3]

Baxacaqmı, görən, gəlib pəncərəmə bir də yar?

Ürəyimi saldı mənim bir sağalmaz dərdə yar

Ürəyimi saldı mənim bir sağalmaz dərdə yar

Göy üzündə ay dolanır, yerdə gülür gül-çiçək

Görən, haçan birdə yarım qapımızdan keçəcək?

Görən, haçan birdə yarım qapımızdan keçəcək?

Sara Qədimova'dan Daha Fazlası

Tümünü Görlogo