menu-iconlogo
logo

Popurri (Tofiq Quliyev Mahnıları)

logo
بول
Bakı gözəl şəhər, mehriban diyar

Sinəndə boy atıb, oldum bəxtiyar

Səndə ilk eşqimin yadigarı var

Sən mənim söhbətim

Şərəfim, şöhrətim

Tükənməz dövlətim, əzizimsən

Sən mənim söhbətim

Şərəfim, şöhrətim

Tükənməz dövlətim, əzizimsən

Gözəl Bakı, canım Bakı!

Baxdıqca doymuram gözəlliyindən

Şirin nəğmə qədər sevimlisən sən

Hər yerdə, hər yanda deyəcəyəm mən

Sən mənim söhbətim

Şərəfim, şöhrətim

Tükənməz dövlətim, əzizimsən

Sən mənim söhbətim

Şərəfim, şöhrətim

Tükənməz dövlətim, əzizimsən

Əs, küləyim, coş, dənizim

Qanad açır gəmimiz, gəmimiz, gəmimiz

Dalğa bizim, tufan bizim

Anamızdır bu dəniz, bu dəniz, bu dəniz

Əs, küləyim, coş, dənizim

Qanad açır gəmimiz, gəmimiz, gəmimiz

Dalğa bizim, tufan bizim

Anamızdır bu dəniz, bu dəniz, bu dəniz

Qızlar, bizə göy dəniz əzizdir

Göy dəniz əzizdir

Sevgilimiz dənizdir, dənizdir

Yurdum, yuvam, ay əziz kəndimiz

Azad, abad, ay qəşəng kəndimiz

Yurdum, yuvam, ay gözəl kəndimiz

Azad, abad, ay qəşəng kəndimiz

Gözəl olur səndə yay, qış, bahar

Gözəl olur səndə yay, qış, bahar

Yaşıl meşəli, ömrü nəşəli

Sevirəm səni, gözəl kəndimiz

Qarlı dağları, barlı bağları

Sevirəm səni, gözəl kəndimiz

Kəndimiz, kəndimiz, kəndimiz

Ağacda leylək yuva bağlar, gedər

Ağacda leylək yuva bağlar, gedər

Qız sevən oğlan hara bağlar, gedər

Qız sevən oğlan hara bağlar, gedər

Ağacda alma yanağı qırmızı

Ağacda alma yanağı qırmızı

Dər, səbətə yığ onu, bağban qızı

Dər, səbətə yığ onu, bağban qızı

Ağacda alma, dadı baldan şirin

Ay qız, ay oğlan, onu xəlvət dərin

Ağacda alma yetişib, dər, tez ol

Dostlar üçün sən onu göndər, tez ol

Dostlar üçün sən onu göndər, tez ol

Yaşıl bağın gözəlidir ağ alma

Bizim bağın gözəlidir ağ alma

Almanı dərdin, daha bağda qalma

Almanı dərdin, daha bağda qalma

Yaşıl bağın gözəlidir ağ alma

Bizim bağın gözəlidir ağ alma

Almanı dərdin, daha bağda qalma

Almanı dərdin, daha bağda qalma

Yaşıl bağın gözəlidir ağ alma

Bizim bağın gözəlidir ağ alma

Almanı dərdin, daha bağda qalma

Almanı dərdin,daha bağda

Daha bağda, daha bağda qalma