menu-iconlogo
huatong
huatong
avatar

Röyalar

Prometehuatong
passoaqueen33huatong
بول
ریکارڈنگز
Xoşladığım bir gecə, yerlər, göylər işıqlı

Ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı

Bunları seyr edərkən

Bir az fikrə gedərkən

Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki

Mənə öylə gəldi ki

Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş

Nə bu ucsuz-bucaqsız gözəl kainat olmuş

Bu dünya boş idi

Orada yox idik biz

Ulduzlar parlayırdı

Səmada səssiz-səssiz

Nə yoxdu buludlar

Nə tufan, boran, qar

Nə yaşıl ağaclar vardı

Nə də sonsuz yollar

İnsanlarsız bir kainat düşün

Ki sən də yoxsan orada, mən də

Və yoxdur sevgidən atan ürəklər

Bu cür çətin fikirlərin ortasında

Gəlim köməyinə

Unut bu dediklərimi

Davam et sevməyinə

Heçdən bir kainat quruldu, uçuşur

İnsanlar yaşar unudub sıfırı

Sənlər, mənlər - səbəbi var oluşun

Biz bu kainatın özəyinə axırıq

Qoy çiçəklər açılsın içəridə

Məni səndən, səni məndən kim alar?

Sən gedərsən, iyin qalar dəridə

Gecələr də sənə aid röyalar

Qoy çiçəklər açılsın içəridə

Məni səndən, səni məndən kim alar?

Sən gedərsən, iyin qalar dəridə

Gecələr də sənə aid röyalar

Hər bir yaradılışda bir səbəb və bir xəta var

Bu yaradılışın əsası isə mükəmməl xətalar

Biri pozulsa, dağılar dünyası milyonların

Ona görə sonu eyni yerə çıxır bizim bu yolların

Gözünü dörd aç, gör, bax, hər yer bizdən izlər

Dünya kəşflər dünyası, ona görə bizdən gizlər

Ulduzları buludlar, xəzinələri meşələr

Həqiqətləri səhralar, dərinlikləri dənizlər

Heçdən bir kainat quruldu, uçuşur

İnsanlar yaşar unudub sıfırı

Sənlər, mənlər - səbəbi var oluşun

Biz bu kainatın özəyinə axırıq

Qoy çiçəklər açılsın içəridə

Məni səndən, səni məndən kim alar?

Sən gedərsən, iyin qalar dəridə

Gecələr də sənə aid röyalar

Qoy çiçəklər açılsın içəridə

Məni səndən, səni məndən kim alar?

Sən gedərsən, iyin qalar dəridə

Gecələr də sənə aid röyalar

Görəsən, hansı daha dərindir

Alimlər ya şairlər?

Bu dünya soyuyacaq

İkisi də bunu deyirlər

Haradan başlayacaq soyuqluq

Havadan, ya ürəkdən?

Buz olacaq bütün buludlar

Yoxsa ki, daş ürəklər?

Yenəmi davam edəcək bizsiz bu kainat?

Ulduzlar arası hənirtisiz səyahət

Yayılaq səmalara bəlkə biz də toz kimi?

Qucaqla, qorxuram mən bax əllərim buz kimi

Qoy çiçəklər açılsın içəridə

Məni səndən, səni məndən kim alar?

Sən gedərsən, iyin qalar dəridə

Gecələr də sənə aid röyalar

Qoy çiçəklər açılsın içəridə

Məni səndən, səni məndən kim alar?

Sən gedərsən, iyin qalar dəridə

Gecələr də sənə aid röyalar

Promete کے مزید گانے

تمام دیکھیںlogo
Röyalar بذریعہ Promete - بول اور کور