menu-iconlogo
huatong
huatong
avatar

Küsüb Getdi

Sara Qədimovahuatong
noahrascoehuatong
بول
ریکارڈنگز
Göy üzündə ay dolanır,

yerdə gülür gül-çiçək

Görən, haçan birdə yarım

qapımızdan keçəcək?

Görən, haçan birdə yarım

qapımızdan keçəcək?

Küsüb getdi yarım mənim,

yollar batdı dumana

Axı niyə öz eşqimi

düz demədim mən ona?

Axı niyə öz eşqimi

düz demədim mən ona?

Göydəki o tənha ulduz

sanki məni andırır

Düşündükcə hicran odu

ürəyimi yandırır

Düşündükcə hicran odu

ürəyimi yandırır

Bəlkə indi qəm içində

baxır o da yollara

Axı niyə öz eşqimi

düz demədim mən yara?

Axı niyə öz eşqimi

düz demədim mən yara?

Baxacaqmı, görən, gəlib

pəncərəmə bir də yar?

Ürəyimi saldı mənim

bir sağalmaz dərdə yar

Ürəyimi saldı mənim

bir sağalmaz dərdə yar

Göy üzündə ay dolanır,

yerdə gülür gül-çiçək

Görən, haçan birdə yarım

qapımızdan keçəcək?

Görən, haçan birdə yarım

qapımızdan keçəcək?

Sara Qədimova کے مزید گانے

تمام دیکھیںlogo
Küsüb Getdi بذریعہ Sara Qədimova - بول اور کور