menu-iconlogo
huatong
huatong
avatar

Yenə Də Fırlanır ("Yoxdubeləsöhbət" Original Soundtrack)

Uranhuatong
aliceemilhuatong
بول
ریکارڈنگز
A, yeah!

Əlini çək, toxunma mənə

Qulaq as

Nədən deyim?

Dediklərim hərfsizsə (Nə, nə?)

Hara tuşlayım lüləni nişan hədəfsizsə (De, de)

Baş qarışıb, çatılıb qaşım, həvəssizəm

Boş badəmə içki əvəzi həvəs süzün (Süz)

Keçmiş səhvlər qapımı döyür, açmalıyam

Ya onlara doğru, ya onlardan mən qaçmalıyam

Nəyi itirib nəyi axtarım?

Vaxtıma var (Var, var)

Axırına çıx, çaxmağı çək, axmağa bax

Qoluma zəncir, boynuma kəndir arada bir (Bir, bir)

Belə bir halda sıxılan beyin yarada bilir (Bilir, bilir)

Şikayətmi, hekayətmi reallığım?

Təyin edir təəssürat uçuş uzaqlığım

Deyir, bu dünyada hər kəsin öz həqiqəti

Mən də öz həqiqətimi sətirə düzdüm səliqəli

Bax, yenə də, yenə də, yenə də fırlanır

Yerində, yerində, yerində dönür o

Hə, yenə də, yenə də, yenə də fırlanır

Yerində, yerində, yerində dönür o

Hə, yenə də, yenə də, yenə də, fırlanır

Yerində, yerində, yerində dönür o

Hə, yenə də, yenə də yenə də fırlanır

Yerində, yerində, yerində dönür o

Get desələr, sevməsələr, alma vecinə (Yox, yox)

Gəlməsələr, getməsələr, alma vecinə (Yox, yox)

Arxayın ol gücünə, qalanını alma vecinə

Həyatı alma içinə, ala, onsuz da hamı keçinir

Qatar gedir, təkər vurur "takka-tarak" (Takt, takt)

Takt ataraq, ömür tunelinə rəng qataraq (Takt, takt)

Hər stansiyada keçmişimə zəng ataram

Son stansiyada kontakt qalmaz, zəng qurtarar (Yox)

Nə qədər sıfırdan başlayım, mən sıfıra enim? (De, de)

Sıfıra düşüm, sıfırlanım, axıra enim (De, de)

Ala, axırı eyni nağıllardır, daxıla enir (Hə)

Ala, dəxli nədir?

Əvvəli yeni, amma axırı eyni

Deyir, bu dünyada hər kəsin öz həqiqəti

Mən də öz həqiqətimi sətirə düzdüm səliqəli

Bax, yenə də, yenə də, yenə də fırlanır

Yerində, yerində, yerində dönür o

Hə, yenə də, yenə də, yenə də fırlanır

Yerində, yerində, yerində dönür o

Hə, yenə də, yenə də, yenə də, fırlanır

Yerində, yerində, yerində, dönür o

Hə, yenə də, yenə də yenə də fırlanır

Yerində, yerində, yerində dönür o

Yenə də fırlanır

Yerində dönür o

Yenə də fırlanır (Uran)

Yenə də fırlanır

Uran کے مزید گانے

تمام دیکھیںlogo