menu-iconlogo
huatong
huatong
aygn-kazmovanamiq-qaracuxurlu-balanram-cover-image

Bağlanıram

Aygün Kazımova/Namiq Qaracuxurluhuatong
p_bourgeois_16huatong
Lời Bài Hát
Bản Ghi
Mən istərəm ki, açasan sən ürəyini

Mən istərəm ki, açasan sən ürəyini

Səninlə görüşəndə, ah, necə sərbəst oluram

Bəlkə də anlamıram, özüm-özümə qəsd oluram

Atıram iş-gücümü, qollarında məst oluram

Hər işim yaxşı gedir, özümü bəxtəvər sanıram

Bəlkə mən düz eləmirəm, sənə bu qədər bağlanıram

Hələ tezdir, səni mən yerə də, göyə də qısqanıram

Çox şeyi danışmıram qaraltmamaq üçün qanını

Sən bilirsən, sevirəm canımdan artıq canını

Elə hallar da olur ki, görürəm nöqsanını

Danışım, danışmayım, içimdə alışıb yanıram

Mənim əməllərimi nöqsan hesab eyləmisən

Amma bu böylə deyil, hey yanıram, odlanıram

Amma bu böylə deyil, hey yanıram, odlanıram

Bəlkə mən düz eləmirəm, sənə bu qədər bağlanıram

Bəlkə mən düz eləmirəm, sənə bu qədər bağlanıram

Hələ tezdir, səni mən yerə də, göyə də qısqanıram

Hələ tezdir, səni mən yerə də, göyə də qısqanıram

Mən istərəm, sən hər an məni anlayasan

Mən istərəm, sən hər an məni anlayasan

Yağışın damlasının pıçıltısını izləyirəm

O deyir: "Yar gələn yolları təmizləyirəm"

Gecikirsən görüşə, səbr eləyib gözləyirəm

Gözüm yollarda qalıb, kölgə düşür, boylanıram

Gözüm yollarda qalıb, kölgə düşür, boylanıram

Bəlkə mən düz eləmirəm, sənə bu qədər bağlanıram

Bəlkə mən düz eləmirəm, sənə bu qədər bağlanıram

Hələ tezdir, səni mən yerə də, göyə də qısqanıram

Hələ tezdir, səni mən yerə də, göyə də qısqanıram

Talayır, parçalayır köksümü süzgün baxışın

Sonra bir yarə qoyur üstə acı davranışın

Təki yağdırmayasan başıma hicran yağışın

Mənə xoşdur; hələ bu göz yaşımda islanıram

Aşiqə səbr eləmək, cananasa naz yaraşır

Sən dözüb səbr eləyirsən, baxıram, xoşlanıram

Sən dözüb səbr eləyirsən, baxıram, xoşlanıram

Bəlkə mən düz eləmirəm, sənə bu qədər bağlanıram

Bəlkə mən düz eləmirəm, sənə bu qədər bağlanıram

Hələ tezdir, səni mən yerə də, göyə də qısqanıram

Hələ tezdir, səni mən yerə də, göyə də qısqanıram

Mən istərəm, sən sevgimizə inanasan

Mən istərəm, sən sevgimizə inanasan

Elə bir vaxt gələcək ki, xoş həyat görsənəcək

Çağıranda yarımı, "can" deyərək dillənəcək

Hələ bilmir nədir sevmək, sevəcək, öyrənəcək

Düşünüb, özüm-özümü aldadıram, aldanıram

Düşünüb, özüm-özümü aldadıram, aldanıram

Bəlkə mən düz eləmirəm, sənə bu qədər bağlanıram

Bəlkə mən düz eləmirəm, sənə bu qədər bağlanıram

Hələ tezdir, səni mən yerə də, göyə də qısqanıram

Hələ tezdir, səni mən yerə də, göyə də qısqanıram

Bəlkə mən düz eləmirəm, sənə bu qədər bağlanıram

Bəlkə mən düz eləmirəm, sənə bu qədər bağlanıram

Hələ tezdir, səni mən yerə də, göyə də qısqanıram

Hələ tezdir, səni mən yerə də, göyə də qısqanıram

Bəlkə mən düz eləmirəm

Nhiều Hơn Từ Aygün Kazımova/Namiq Qaracuxurlu

Xem tất cảlogo