menu-iconlogo
huatong
huatong
avatar

Qadınlar Xezer suleymanli şeir

Cenab.lovrenhuatong
▄︻𝘾𝙚𝙣𝙖𝙗⚽️𝙇𝙤𝙫𝙧𝙚𝙣══━一huatong
Lời Bài Hát
Bản Ghi
Gəncliyi saralıb xəzəl olanda

Küləyə çevrilib əsər qadınlar

Özü taleyindən gözəl olanda

Birinci özündən küsər qadınlar

Ömründə bir dəfə xoş gün dadmayıb Gündüzlər gülməyib, gecə yatmayıb

Günahkar dillərə gücü çatmayıb

Günahsız saçını kəsər qadınlar

Tutar əllərindən bir yad aparar

Özüylə tər-təmiz bir ad aparar

Sevgisi qəlbində fəryad qoparar

Bir ömür boyunca susar qadınlar

Əzəldən acıdır gözün kövsəri

Tükənər taqəti, bitməz dərd-səri

Ən gözəl, ən şirin xatirələri

Duz tək yarasına basar qadınlar...

Nhiều Hơn Từ Cenab.lovren

Xem tất cảlogo