menu-iconlogo
huatong
huatong
avatar

Əks-Səda

Orkhan Zeynalli/Joseph Abbashuatong
russ-kathie.macdonalhuatong
Lời Bài Hát
Bản Ghi
İndi qürbət gözlərin görür

Hansı torpağın yağışın?

Aylar keçir, illər ötür

Hər kəs torpağa qarışır

Atam dedi, dinləməzdim

Babam susdu, heç bilməzdim

Gəzməyə qərib ölkə

Ölməyə vətən yaxşı

Səni sağollaşmaq üçün çağırdım

Mən səhv edərkən baxırdın

Onda gözlərim Araz çayıyla bir axırdı

Yadındadır? 3 saatlıq imtahan

Taleyimizi dəyişəcək, deyirdilər

Tale isə, deyəsən, paxıldır

Pis günlər geridə qalmır

Pis məfhumu dəyişir

Yerində saydıqca fələk mövzunu dəyişir

Xəyallarımın çoxun satıb mən çörəyə dəyişdim

Böyüdükcə güzgünü istədim

Pəncərəyə dəyişim

Baxıram dərdlərinə, necə də gülməlidir

Bütün doğulan ümidlərin gecəylə ölməlidir

İzlər aldadır, tapdım səadəti

Axtarmadığım yerdə

Ailə rəsmin çəkmə

Heç kimə bağlanmadığın evdə

Neçə qonşu pəncərəsində ömür sönüb

Aramızdakı ikitərəfli yoldan ömür sürüb

Nə qədər göz yaşını gecəylə güllər görür

Sən demə, dost sözünü hecaya illər bölür

İndi qürbət gözlərin görür

Hansı torpağın yağışın?

Aylar keçir, illər ötür

Hər kəs torpağa qarışır

Atam dedi, dinləməzdim

Babam susdu, heç bilməzdim

Gəzməyə qərib ölkə

Ölməyə vətən yaxşı

Səni halallaşmaq üçün çağırdım

Nə olsun, yaram qatı?

Oyanıb cənnəti gördüm yuxuma

Haram qatıb

Neçə il qərar kölgəsində gizləndim

Hər dəfə cümlənin başına

Ümidvaram atıb

Ruhuma yad gəlirsən

Sən mənim bədənimsən

Xatirələrimi itirmə

Sən mənim qələmimsən

Qərib diyarlarda parçalarımı itirdim

Və sonda sevgilimin gözünə baxıb dedim

"Sən mənim vətənimsən"

Hələ var qocalmağıma

Dərinə enməyimə

Ya qucağa almağıma

Ya torpağa girməyimə

Bir gün bu soyuq həyat şaxtasıyla

Səni qucaqlasa, götür bu sevgiləri

Üşüsən, geyin əyinə

Neçə qonşu pəncərəsində ömür sönüb

Aramızdakı ikitərəfli yoldan ömür sürüb

Səni yoxkən yad edənləri güllər görür

Doğmaların çörəyini iki yerə illər bölür

İndi qürbət gözlərin görür

Hansı torpağın yağışın?

Aylar keçir, illər ötür

Hər kəs torpağa qarışır

Atam dedi, dinləməzdim

Babam susdu, heç bilməzdim

Gəzməyə qərib ölkə

Ölməyə vətən yaxşı

İndi qürbət gözlərin görür

Hansı torpağın yağışın?

Aylar keçir, illər ötür

Hər kəs torpağa qarışır

Atam dedi, dinləməzdim

Babam susdu, heç bilməzdim

Gəzməyə qərib ölkə

Ölməyə vətən yaxşı

Nhiều Hơn Từ Orkhan Zeynalli/Joseph Abbas

Xem tất cảlogo