menu-iconlogo
huatong
huatong
Lời Bài Hát
Bản Ghi
Çox şükür olsun sənə, Yaradan

Bizi götürmədiyin üçün hələ aradan

İllər uçur, unudulur köhnə yaralar

Bilmirik, nə gözləyir bizi harada

Qaradan çıxa bilmirik, problemlər var

Getdikcə insanlar dəyişkən, qəlblər dar

Sən kömək ol, göstər nəyi necədir

İstəsən, edərsən gündüz gecəni

Nə edim mən, azalsın suallar?

İçəridə artan sayda sual var

Bilsəydim, Rövşən gələcək yanına

Bir-iki sualı yollardım onunla

Amma gecdir, həmişəki kimi gecdir

Yoxdur yanımızda canımızdan biri

İtirsək də, bu cür bütün ətrafımızı

Şükür edirik görüb ayağımız altda yeri

Yaşayıram həyatın

İlin, ayın, saatın

Dəyərini bilərək

Bilirəm ki, bitəcək

Ulu Tanrı, güc ver dizimə

Çətin asan görünür gözümə

Keçilməzləri keçirəm, illərdir

İnanıb sənə və özümə

İnam ağıl kimidir, işlətmədikcə paslanır

Cəhənnəm mənzərəsi ilə cənnətin terrasları

İnsan ömrü Tanrıdan şeytana şərtli alimentdir

Həyat bir üzü qara, bir üzü transparant qradiyentdir

Toxunmasa da olar, böyründən ötsün küləyi ölümün

Adam qorxur istər-istəməz, bükür kürəyin

Anlamırıq, nə qədər dəyəri var ki hər nəfəsin

Nə qədər itki olsa da, azaltmır yaşam həvəsin

Bəyaz ebruli kağız üstə naxış içindəyəm

Eşq səmada qara buluddur, mənsə yağış içindəyəm

Anlayanda yazıram alın yazımı, özümə güvənim artdı

Mən işlədikcə Tanrı önümə çoxlu yollar açdı

4 yolun da hər birində çıxılmaz 4 dalan

Həyat faytonunda çapır ayqır atların 4 nala

Tiranlara da qalmadısa dünya, kiməsə qalmaz

Bu dünyanın ahı o dünyaya qalmaz

Yaşayıram həyatın

İlin, ayın, saatın

Dəyərini bilərək

Bilirəm ki, bitəcək

Ulu Tanrı, güc ver dizimə

Çətin asan görünür gözümə

Keçilməzləri keçirəm, illərdir

İnanıb sənə və özümə

Nələri qazanmaqçün nələri itirmək gərək?

Başı çiyin üstündə haralaracan gətirmək gərək?

Mənimkimilər bir az lənətlənmiş kimilərdir

Fərqli fikirli boz məhlul, fərqli ritmli ürək

Yerə dəyənəcən kürək həyatla burun-burun

Gecələr yuxularda kimlərdir qonağı şüurun?

Nə qədər çətinlik var, gələrik öhdəsindən

Çətini yuxudan oyanmaqdır, üzümə bir az su vurun

Onsuz da həyat vurduğun vurub, tükənməkdə güc ehtiyatım

Və mən bir yer axtarıram ki, başımı atıb yatım

36 yaşında, sanki keçib 70 il

Baxmıram, sol qolumda sadə bəzəkdir saatım

Tanıdım bu illərdə həyatın hər üzün

Və mənimçün artıq itki deyil hüzn

Uzağı görmək çətinləşir ildən-ilə

Mənanı görmək öyrənir bu cüt gözüm

Yaşayıram həyatın

İlin, ayın, saatın

Dəyərini bilərək

Bilirəm ki, bitəcək

Ulu Tanrı, güc ver dizimə

Çətin asan görünür gözümə

Keçilməzləri keçirəm, illərdir

İnanıb sənə və özümə

Nhiều Hơn Từ Promete/XAN/Tomris

Xem tất cảlogo
İnam của Promete/XAN/Tomris - Lời bài hát & Các bản Cover