menu-iconlogo
huatong
huatong
avatar

Səhərimin Günəşi, Pt. 2

Eldar Mansurov/Nisə Qasimovahuatong
hahahamk3huatong
歌词
作品
Sənin gözlərindən keçən ömrümün

Gümanı da sənsən, gərəyi də sən

Mənim məhəbbətlə dolu qəlbimin

İstəyi də sənsən, diləyi də sən

Günəşi olmusan al səhərimin

Qənimi olmusan hər kədərimin

Səndən ilham alan nəğmələrimin

Həyatı da sənsən, ürəyi də sən

Yolumda işıqdır nurlu gözlərin

Səpilə üstümə ağ nərgizlərin

Bu əlvan bağların, yaşıl düzlərin

Qönçəsi də sənsən, çiçəyi də sən

Günəşi olmusan al səhərimin

Qənimi olmusan hər kədərimin

Səndən ilham alan nəğmələrimin

Həyatı da sənsən, ürəyi də sən

更多Eldar Mansurov/Nisə Qasimova热歌

查看全部logo