menu-iconlogo
huatong
huatong
avatar

MadTeen & Rəssam - Əlvida

N4bmusichuatong
Ξ≛⃝🛸ɴͥᴀʜͣɪͫᴅ⚡huatong
歌词
作品
Əlimi buraxma, uçurumdayıq sanki

Gəlmişik sonuna, dünyamız çökür sanki

Kim oldu günahkar, bu çox çətin nida

Nə vadar etdi bizi söyləməyə əlvida?

Əlvida

Əlvida

Bu çox çətin qərar, bu çox çətin nida

Nə vadar etdi bizi söyləməyə əlvida?

Əlvida

Gərək qalım səndən uzaqda

Mümkünsüz sevgini bitirməliyəm

İstəmirəm bir də aciz olum sənin qarşında

Tərk etmək çətin olsa da bitirməliyəm

Ürəyim parçalanır, çəkirəm intizar

Vidalar çox acı olur, gözümün nuru, bağışla

Bezmişəm bölünməkdən, qırılır qanadlar

Bitirsə ya bitsin artıq söyləyək əlvida

Əlvida

Əlvida

Əlvida

Əlvida

Uğurların çox olsun məndən də

Get, yolun açıq olsun sənin

Hər şeydən narazısansa, get

Ruhun azad olsun sənin

Kim daha çox günahkardı

Fərq edərmi əgər bu komanda oyunu

Səndən aldığım nəfəs də tükəndi

Buraxmır yaxamdan boşluğun

Olmur, olmur ruhuma izah etmək yoxluğun

Güclü görünməyimə baxma, görünən daşdır, toxunsan ovulur

Olmur, olmur davamı gətirmək nöqtəni qoyub

Baxmaq son dəfə gözlərinə söyləmək

Əlvida

Uçurumdayıq sanki

Gəlmişik sonuna, dünyamız çökür sanki

Kim oldu günahkar, bu çox çətin nida

Nə vadar etdi bizi söyləməyə əlvida?

Əlvida

Əlvida

Bu çox çətin qərar, bu çox çətin nida

Nə vadar etdi bizi söyləməyə əlvida?

Əlvida

Əlvida

Əlvida

Əlvida

更多N4bmusic热歌

查看全部logo