menu-iconlogo
huatong
huatong
avatar

Utancaq

Orkhan Zeynallihuatong
stanislasparishuatong
歌词
作品
Sənə görə oluram utancaq

Tutulur səsim, dodağım, dilim

Körpə ürəyinə mən oyuncaq, bax

Qırılır qəlbim, sökülür evim

Səslərəm səni ən uca dağların

Əks-sədası yenə üstələr məni

Sənin üçün yazılan sözlər dil açıb

Üzümə baxıb deyir: "Bəstələ məni"

Qoy dəysin damlalar pəncərəyə

Sən öz evində, mən öz evimdə

Çəkək taleyin xətlərini

Sən öz əlində, mən öz əlimdə

Sənlə mən utancaq, bərk səslə məni, gəlim yenə

Əlimdən tut ancaq, çək rəsmini sevginin yenə

Həyatını sonsuz bahara döndərim

Çiçək açmayan güllər utansın

Danışım olmayan xatirələrimizi

Sənsiz keçən illər utansın

Səmadasan dedin, amma sənə

Tərəf uçdum, yoxsan, sən haradasan?

Ağ-qara həyatımız minor notlarsa

Pianodakı dillər utansın

Qoy dəysin damlalar pəncərəyə

Sən öz evində, mən öz evimdə

Çəkək taleyin xətlərini

Sən öz əlində, mən öz əlimdə

Sənlə mən utancaq, bərk səslə məni, gəlim yenə

Əlimdən tut ancaq, çək rəsmini sevginin yenə

Sənlə mən utancaq, bərk səslə məni, gəlim yenə

Əlimdən tut ancaq, çək rəsmini sevginin yenə

更多Orkhan Zeynalli热歌

查看全部logo