Səni səni tanımadığım, yeni, sənsiz vaxtlarımda sevmişdim mən
Səni səni fikirləşdiyim sənsizliyimdə kəşf etmişdim mən
Səni dağ zirvəsi bilib ətəklərinə çox uzaqdan gəlmişdim mən
Sənin zirvədən də yüksəkdə buluddan beşikde körpə kimi yatdığını bilmirdim
Sən mənim üçün film deyilsən ki, gözlərim sənin sonunu gözləsin
Baş rolunu oynadığımız bu filmin sonu hər kəsi kövrəltsin sevincdən
Sən ölümümdə son, doğuluşumda ilk nəfəsim, artdı həvəsim
Yarı olduğumu səni görəndən sonra dərk etdim
Sənlə əl-ələ gəzdiyimiz küçələrin toz-torpağı doğma
Sənlə oturub dalğasına baxdığım dənizin çirkabı doğma
Sənlə kədərini daddığım o həsrətin xatirələri belə doğma gəlir
Sənlə yaşadığım sevginin qorxusu doğma, içimi dəlir
Yadıma düşəndə ki, bu məsafəni dəf edərək yeni görüş gəlir
Qəfəsə bağlanır sanki zaman, saniyələr uzanhauzan
Sənə desəm ki, uzaqda gördüyüm şəhərin işıqları saxta gözəllik
Zövq ala bilmirəm, sənsiz qala bilmirəm, ah, tez geri dönsəm
Tərk etdiyin o yerdə tək
Hər gün eyni ümidlə gözləyərək
Tərk etdiyin o yerdə tək
Hər gün eyni ümidlə gözləyərək
O dönəcək
Səni məndən ayırsaydı ölüm, bəlkə belə çətin olmazdı
Hər gün səni fikirləşməzdim
Daha rahat olardı içim, ağlıyardım hər gün bir az
Gözüm arxanca qalmazdı
Şəkillərinə baxardım, qədər ilə razılaşmazdım
Bir gün ya mətbəx bıçağı, ya da ülgüc dost olardı damarlara
Bu tərəflərdə səndən ayrı qalmazdım
Amma nə yazıq ki, yazı başqa
Sağsan və məndən ayrı, ona görə başqa fikirlər fırlanır başda
Səni öldürmək hissi keçir içimdən
Buna görə Günəşim, (Günəşim) məni bağışla
Sənə yönləndirdiyim cavabsız çağırışlardır
Yəqin, işlərinin tərs getməsinin tək səbəbi
Qarşısını ala bilmirəm artıq artan əsəbin
Mən nə bilim ki, nə deyim ki, xoşuna gəlim
Deyim ki, səni sevmirəm artıq
Özümə yalan danışa bilmirəm, bunu məndən yaxşı bilirsən
Yoxsa deyim "səni dəli kimi sevirəm
Yox, səni səndən çox sevəcək qədər ağıllıyam, bunu bilirsən
Ya da mobil telefon, hələ də adının sonunda hərfi durur
Sadəcə, mesaj yazacaq qədər mənlik balansında yoxdur qürur
Tüpürmüşəm zamanla əlaqəli bütün aforizmlərə
Zaman unutdurur kimi boş sözlərə
Ya da sevgilinə görə, sevgiyə görə çalışmaq lazımdır" kimi xoş sözlərə
Şablonlardan uzaqlaşmışdım, sənin olduğunu dərk edəndə
Ya da ki, hamıdan fərqli sən get, mən otururam" deyib məni tərk edəndə
Sənin deyərək-gülərək keçirdiyin günlərdə
Mən hələ də "necəsən soruşanlara cavabda deyirəm
Belə də
Tərk etdiyin o yerdə tək
Hər gün eyni ümidlə gözləyərək
Tərk etdiyin o yerdə tək
Hər gün eyni ümidlə gözləyərək
O dönəcək o dönəcək