menu-iconlogo
huatong
huatong
avatar

İnsanlar

Qaraqanhuatong
Хантер♣️huatong
歌词
作品
By: ?

Gəl dost olaq. Bircə mahnılıq qal mənimlə

Sənə danışacam dərdlərimi

Sənə danışacam hər şeyi mən! Hər şeyi mən!

Gəl dost olaq. Bircə mahnılıq qal mənimlə

Sənə danışacam dərdlərimi

Sənə danışacam hər şeyi mən! Hər şeyi mən!

Onun ağarmış saçları tökülür üzünə

Həyatının payız fəsli sona çatmaqdadı

Gözlərinin içində gizlənir min bir kədər

Həyatı min bir gecə, günəşi batmaqdadı

Əzilmiş köhnə palto, cırılmış ayaqqabı

Qızının köhnə əlcəklərini geyinir tənha qadın

Ərinin baş daşıyla o gedir görüşməyə

Axı onu ondan başqa həyatda hamı atıb

Altmış manat pensiya, bu da Allahdan kömək

Bu pula nə olur yaşamaq, nə də olur ölmək

Amma əsas deyil pul, istiyir doğmaların

Artıq on beş ildən çoxdu görmür nəvələrin

O hər gün səhər tezdən dəniz kənarı parkda

Qurumuş çörəklə yedizdirir sərçələrin

Həyatın səhnəsindən onu çoxdan atıblar

Teatr boşaldıqca tökülür pərdələri

Onunla üzbəüz gözləri yorğun kişi

Dodaqlarında çat, həyatı yanlız işi

İçir, çəkir və içir, içir ki, unuda bilsin

Çəkir ki, ciyərlərdə göz yaşını quruda bilsin

Evə əliboş getmək, uşaqların gözləri,

Onun ürəyini parçalayır iynələr tək

Arifin beş yaşı var, Toğrulun artıq səkkiz

Ama ki ağlıyırlar gecə gündüz körpələr tək

O baxır ağbirçək qadının gözlərinə

Mavi gözləri uzun illər öncə bozarmışdı

Qadının cırıq əlcəklərinə baxan cavan xanım

Bütün gecəni ağlamaqdan gözlər qızarmışdı

O onu aldatmışdı, Tələbəlik illəri

Bu qızın yaddaşında yalanlarla həkk olundu

Nəyə görə onun qeyri-adi gözəlliyi

Xoşbəxtlik gətirmək əvəzinə ona dərd olurdu

Çantada şəkilləri, aparıb qaytaracaq

Oğlanın qara gözlərinə bir daha baxacaq

Zamanın naxışları bu ömür xalçasına

Daha bir neçə düyün bağlıyacaq, rəng atacaq

Aysel inanmırdı ki, nağılların olur sonu

Yalandan sevmirəm desə də sevəcək onu

İçəridə çox istidi, amma titriyir əllər

Bəlkə də Ayselin həyatında zaman donub

Onunla üzbəüz oturub cavan oğlan

Üzünün cizgiləri hardansa tanış gəlir

Onun içində zülmət, onun içində üsyan

O bilir qarşıdan səhralara yağış gəlir

Cibində köhnə kağız, yanında qırıq qələm

O baxır diqqətlə insanların gözlərinə

Siz onu tanıyırsız, o oğlan elə mənəm

Elə bu dəqiqə yazdım bu mahnının sözlərini

Qarşımda cavan bir qız, yanında yaşlı qadın

Mənnən sağ tərəfdə isə sərxoş bir kişi oturub

Biz tamam yad insanlar, biz tamam yad insanlar

Amma ki, metroda qatarlar bu cür qurulub

Gözümüzü qaçırdırıq qorxaraq insanlardan

Onlar öz tənhalıqlarını baxışlarda boğur

Gəlir növbəti stansiya, burda mən düşməliyəm

Ürəyim qalmaq istiyir, ayağlarım qovur

Gəl dost olaq. Bircə dayanacaq qal mənimlə

Sənə danışacam dərdlərimi

Sənə danışacam hər şeyi mən gözlərimdən...

Gəl dost olaq. Bircə dayanacaq qal mənimlə

Sənə danışacam dərdlərimi

Sənə danışacam hər şeyi mən gözlərimdən...

更多Qaraqan热歌

查看全部logo